“Mən istərdim ki, qarışıq nikahlar artsın…”
8 avqust 2011
11:54
Hüquq elmləri üzrə fəlsəfə doktoru, Vəkillər Kollegiyasının üzvü, beynəlxalq qanunvericilik üzrə ekspert, politoloq, Qafqaz Universitetinin beynəlxalq hüquq kafedrasının müdiri Fərhad Mehdiyevin Kulis.az-a müsahibəsi.
Bir saatdan çox gecikdiyim üçün ondan üzr istəyib dostcasına söhbətə başlayıram. İnsanları müşahidəni özünə əyləncə prosesinə çevirdiyini deyən Fərhad Mehdiyev darıxmadığını, əksinə təklikdə yaxşı vaxt keçirdiyini deyir. Xüsusi müsahibə ayinlərini icra etməyə ona görə ehtiyac yoxdur ki, müsahibimin efir təcrübəsi var. Bir müddət “Xəzər” TV-nin efirində proqram aparıcısı kimi çalışan Fərhad Mehdiyev söhbətdə diktofonlu oyunu oynamağın yeri yoxdur.
İlk sualım isə hansı ölkədə rahatlıq tapmağı ilə bağlı olur.
- Gəzdiyim ölkələrin hamısı gözəldir. Hər ölkə illərlə özündə yığıb saxlaya bildiyi adətlərlə də gözəldir. Mənim üçün isə elə ən xoş məkan Bakıdır. Doğrudur, xaricdə gözəl günlərim çox olub. İndi düşünurəm ki, bu qədər gəzməyin yeganə anlamı – xatirələrdir. Xatirələrə toxunmaq, əllə tutmaq olmur. İnsanlar isə hər şeyi maddiyyat olaraq daha tez mənimsəyir.
Bakıda çox rahatam. Dostlarım, yaxınlarım burdadır. Yaşadığım cəmiyyətlər hamısı özunəməxsus izlər buraxıb məndə. Həmin izlərin ümumilikdə toplusu Bakının koloriti ilə üst-üstə düşür. Lakin Bakı doğurdan da həm şərq, həm də qərb mədəniyyətindən məhrumdur, onun özünə məxsus əcaib bir mədəniyyəti var”.
- Uzaqdan buralar necə görünür?
- Amerika cəmiyyəti ilə tanış olmayan insanların xəbəri yoxdur ki, orda çox az insan siqaret çəkir. Evlilər xəyanət etmir. İnsanlar vaxtaşırı dini ayinlərini icra edir. Hamı öz sahəsində professionaldır. İnsanlar işlərinə qarşı məsuliyyətlidir. Lakin onların həftənin stressini çıxarmaq üçün “weekend” dedikləri əyləncələrini, bizimkilər onların həyat tərzi kimi qəbul edirlər. Əslində, əyləncəni insanlara çox görmək olmaz. İşi, əlaqələri saxlamaq üçün bu vacibdir. Yoxsa işin keyfiyyəti də olmaz. Bizim insanların istirahət etmək ənənəsi olmadığı üçün işə can yandırmaq səviyyələri də aşağıdır.
- Qarşılıqlı münasibətlərlə bağlı hansı fərqləri hiss edirsiniz?
- Təbii ki, insan dünyanın hər yerində insandır. Lakin hər yerdə də özunəməxsusdur. Bizim qadınlar münasibətlərdə “ciddilik” deyəndə daha çox gələcək həyat üçün birgə planları yox, maddi təminat, gələcəyini qarantiya altına almağı nəzərdə tuturlar. Hətta boşanmalar belə maddi əsaslı tələblərlə sona yetir. Birgə yaşaya bilməyən insanları məcburən, ailələrin, yaxınların təkidi ilə bir yerdə saxlamaq olmaz. Baxın, bizdə ailə psixoloqu anlayışı mövcud deyil. Lakin dünyanın bir çox inkişaf etmiş ölkələrində boşanma ərəfəsində olan cütlüklərə psixoloq yardımı göstərilir.
Evliliyə qədər tanışlığa qarşı çıxanların çoxu fikirlərini belə əsaslandırırlar ki, əvvəllər yaxından tanışlıq yox idi, ancaq boşanma sayları da az idi. Bu, məncə, səbəb deyil. İnsanların iqtisadi vəziyyətlərinin aşağı olması, maddi problemlər, şəxsi və iş həyatındakı uğursuzluqların səbəbini qarşı tərəfdə axtarırlar.
- Valideynlər, övladlar da hər yerdə eynidir?
- Biz, azərbaycanlılar başqa xalqlardan fərqli olaraq, uşağa bəlkə də lazım olduğundan artıq diqqət ayırırıq. Ən pisi isə valideynin öz həyatını qurban verməsidir. Və bunun qarşılığında həmin uşağın gələcək həyatını özü üçün qurban seçir. Gəncliyini övladına qurban vermiş valideyn gözləyir ki, övladı da öz gəncliyini, həyatını onun xəstə, qayğılı vaxtı ilə məşğul olmaqla keçirsin. Amerika ailələrində 21 yaşına çatmış gənc, ailəni hələ də tərk etmirsə, ətraf ona debil gözü ilə baxır. Valideynlər də uşağı düzgün tərbiyə etmədiklərinə görə depressiyaya düşürlər. Düşünürlər ki, uşaq normal tərbiyə alsaydı, sərbəst həyata atıla bilərdi, müstəqil həyat qurardı. Bizdə isə hər şey tamamilə əksinədir. Ailədən kənarda yaşamaq istəyən yetkinlik yaşına çatmış övlad töhmət hədəfidir. Bizim cəmiyyətdə bu valideynlərə qarşı nankorluq hesab olunur.
- Biz əylənə bilirikmi?
- Yox, biz ümumiyyətlə əylənmirik. Azərbaycanlının əyləncə yeri yalnız toydur. O da içkinin təsiri nəticəsində şüuraltındakı əylənmək formasını bir neçə saatlıq azadlığa buraxır. Məsələn, ABŞ-də yaşayan latın amerikalılar içkini əyləncə günlərində çox qəbul edir. Sonra qadınlı–kişili hamı bir-birinə “qarışır” və bundan qətiyyən utanmırlar. İçkili özlərini cavabdeh hesab etmirlər. Demirəm, düzgündür, ya yox, sadəcə, adətləri belədir.
Bakı şəhərində mən əyləncəmi dostlarımla axşamlar çay süfrəsi arxasında tapıram. Yaxşı olardı ki, bunlara piknikə getmə, balıq tutma, dağa dırmaşma kimi tədbirləri qatım, amma deyəsən, ya mənim buna vaxtım yoxdur, ya da mən sadəcə, tənbələm.
- İş səyahətlərini əyləncəyə çevirmək necə?
- Bu həmişə alınmır. Konfransların yorğunluğu, birgə yol getdiyin insanların lazımsız ciddiyyəti çox vaxt buna mane olur. Bu kollektiv bir işdir. Ümumilikdə qərara gəlib iş səyahətinin sonunda yaranmış dəyərləndirmək də yüksək zövq tələb edir. Heç Fransada olarkən bir dostumun məsləhəti ilə Baden-Baden şəhərinə də baş çəkdik. Ordakı məşhur hamamların müştərisi olduq. O hamamların fərqli vəziyyətdə elədikləri heç nəyə görə boş vaxtı lazımınca xüsusiyyətini yəqin ki, bilirsiniz. Oranın ikinci mərtəbəsində hamı tamamilə çılpaq çimir. Biz isə bunu öyrənəndə artıq gec idi. Lakin Azərbaycan xalqının nümayəndələri olaraq birinci mərtəbədəki hovuzlarla kifayətləndik.
Yeri gəlmişkən, Baden-Badendə “İstanbul” adında bir türk kafesinə rast gəldik, elə Karakal hamamından düşən yolun üstündə idi. Oranı işlədən türk azərbaycanlı olduğumuzu bildikdən sonra bakılı bir prokurorun ildə iki dəfə Baden-Baden hamamına gəldiyini və onun lokantasında yemək yediyini qeyd etdi. Həvəskar hüquq-müdafiə səyyahının adını isə, biznes sirri adı altında bizə açıqlamadı.
- Pulsuz həyatı necə təsəvvür edirsiniz?
- Pul sistemini ləğv etsək, gərək qəbilə həyatına üz tutaq. Mənəvi aspektdən baxanda isə insan ömrü boyu bir neçə vasitə ilə sınağa çəkilir. Bunlardan əsası da elə puldur. Bir kişini pul, şöhrət-vəzifə və qadınla sınaqdan üzüağ çıxa bilməyinə görə dəyərləndirmək lazım gəlsə, bunu elə pulla etmək lazımdır. İnsanları cinsi əxlaqa görə suçlamaq yanlışdır. Cinsi əxlaq ilkin instinktlərə aid olduğu üçün heyvani hissdir. Məsələn, sufilərə görə, insan iki şeydən az istifadə etməlidir. Yemək və yatmaqdan. Bu o qədər azaldılmalıdır ki, şüur insanı ancaq bu ilkin tələbatlar haqda düşünməyə vadar etsin, insan xislətinə xas olan mal-mülk hərisliyindən bu cür vaz keçsin. Qadınları isə pulla sınağa çəkmək əbəsdir, onlar daim əşyaya, pula həris olurlar. Amerikanın özündə belə hələ ki, yüngül münasibət yaşayan insanları bir-birinin maddi imkanları maraqlandırmır, lakin iş ciddiyyətə vardıqda, qadınlar öz haqq-hesablarını, maddi maraqlarını düşünməyə başlayır. Bu, məncə, normaldır. Qadınlar kişilərdən fərqli olaraq şəxsi həyatlarında özlərini zəmanət altına almağı nadir hallarda unudurlar.
- Müəllim-tələbə münasibətləri dünya ilə müqayisədə bizdə nə vəziyyətdədir?
- Müəyyən təfəkkürü hələ də yaşamaqdadır. Universitet müəllimi, dekan, rektor “tək adam” prinsipləri ilə despotizm nümayiş etdirməməlidir. Universitet təkcə təhsil, ixtisas ixrac etməməlidir. İctimai məsuliyyətli insanlar yetişdirməlidir. Müəllimindən rüşvət, despotizm görmüş tələbəni sonralar eyni hərəkətləri təkrarladığına görə suçlamaq olmaz. Universitetlər vətəndaş cəmiyyətinin daşıyıcısı olmalıdır. Müəllim nə kimi məsuliyyət daşıdığını, qarşısındakının da şəxsiyyət olduğunu bir an belə unutmamalıdır.
Mən bəzən qorxuram ki, tələbələrim məni çox ideallaşdırır. Onlara öz yollarını seçə bilməkdə kömək etməyə həmişə hazıram. Uşaqlar gələcəyimizdirsə, xaricdəki gələcəklə, bizdəki gələcəyin nə fərqi olacaq?
Amerikada yaşadığım müddətdə başıma əcaib bir hadisə gəldi. Evdən kənarda idim. Polis inspektorundan mənə zəng gəldi ki, uşaqları nəzarətsiz qoymusunuz, gəlməsəniz onları CPS-ə aparacağıq. “CPS” dedikləri Uşaq Qoruma Mərkəzidir ki, yetimxana kimi bir yerdir. Uşaqlarım isə 15 dəqiqə nəzarətsiz qalmışdılar. O vaxt öyrəndim ki, Amerika qanunlarına görə, 7 yaşına qədər uşağı 5 dəqiqəlik belə nəzarətsiz qoymaq “A” kateqoriyalı az ağır cinayət hesab olunur. Bizdə isə valideynlər sıx-sıx uşaqlarını küçəyə oynamağa nəzarətsiz yollayırlar.
- Son olaraq cəmiyyətin ümumi inkişafı ilə bağlı nə demək istəyirsiniz?
- Daşların yerinə oturması üçün müəyyən vaxt lazımdır. Cəmiyyət özü müəyyənləşdirməlidir ki, hansı həyat tərzi ona uyğundur. Cəmiyyəti zorla nə dindarlaşdırmaq, nə də ona Avropa modernizmini yeritmək olmaz. Mən istərdim ki, qarışıq nikahlar artsın, genofond yenilənsin. Sağlam, ağıllı nəsillər meydana gəlsin. Müxtəlif mədəniyyətlər qovuşsun. O zaman cəmiyyətdə yaşamaq çox maraqlı olar.
Günay Muradlı

1639 dəfə oxunub
Oxşar xəbərlər
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi
12:00
25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?
09:50
25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024