İsti, bürkü, Ramazan və oruc - REPORTAJ
5 avqust 2011
06:00
Nəfslə mübarizə, günahların yandırılması
Hər bir dində oruc tutmaq, orqanizmi həm fiziki, həm mənəvi baxımdan təmizləmək ənənəsi var. İslamda il ərzində bir dəfə - Ramazan ayında oruc tutmaq buyurulub.
“Oruc” ərəbcədən tərcümədə “çəkinmək” anlamına gəlir. Ramazan isə ərəbcədən tərcümədə “yandırmaq” anlamı verir.
Ramazan 11 ayın sultanı sayılır. İslami ehkamlara görə, Ramazan ayında günahlar bağışlanır. Şəriət kitablarının yazdığına əsasən, Ramazanın ən böyük fəziləti ondan ibarətdir ki, Allah bu müqəddəs ayda edilən duaları qəbul edir. Bu ayda oruc tutan müsəlmanlar günahdan təmizləndiklərinə əmin olduğu üçün yayın istisində də ibadətlərinə davam edirlər.
Artıq 3 ildir ki, Azərbaycanda Ramazan ayı, orucluq yay fəslinə təsadüf edir. Yayda oruc tutmaq xüsusi hazırlıq tələb edir. İsti, susuzluq insanlarda ciddi psixoloji, fiziki sıxıntılar yaradır. Bunun üçün oruc tutmağa hazırlaşan insanlar həm fiziki, həm də ruhi cəhətdən hazır olmalı, orucluğa qədər bu hazırlıq mərhələsini keçməlidir.
Azərbaycan insanı yayda oruc tutamağa hazırdırmı?
36 ildən sonra, yenə avqustda
Hazırda dünyada daha çox üç təqvim istifadə olunur: miladi, hicri-şəmsi və hicri-qəməri. Miladi və hicri-şəmsi təqvimlərində il 365 gün çəkir, hicri-qəməri təqviminə görə, 355 gün.
Hicri-qəməri təqvimdə də 12 ay var. Təqvim ili ərzində 6 ay 29 gün, 6 ay isə 30 gün hesablanır. Miladi aylarda günlər standart olsa da (məsələn, yanvar 31 gün, mart 31 gün, aprel 30 gün təşkil edir və bunlar dəyişməz qalır, təkcə fevral ayı hər 4 ildən bir 29 gündən ibarət olur), hicri-qəməri tarixdə ayların 29, yaxud 30 gün olması Yerin kürəsinin təbii peyki olan Ayın görünməsi və itməsi ilə hesablanır. Astronomik hesablamaları nəzərə aldıqda bir-iki gün fərqi ilə Ramazan ayı miladi təqviminin eyni günlərinə təsadüf edir. Yəni 36 il əvvəl orucluq avqust ayının ilk günlərindən başlayıb. Yaxud düz 36 il sonra orucluq avqust ayının ilk günlərindən başlayacaq.
Yayda oruc tutarkən nə etməli?
Yay aylarında oruc tutmaq üçün nə etmək lazımdır?
Bu il Ramazan ayı yay fəslinə təsadüf etdiyinə görə (avqustun 1-i) orqanizmi əvvəlcədən orucluğa hazırlamaq lazımdır. Əks halda, orqanizm müəyyən problemlər yaşaya bilər. Hər gün imsaqda (obaşdan) və iftarda mümkün qədər çox su içmək lazımdır. Əgər su içməyə həvəs yoxdursa, digər yollara əl atmaq olar. Bunun üçün 1 litr suyun içinə təzə meyvə (çiyələk, alma, limon dilimi, nanə yarpağı) atmaq olar. Suyu göz önünə qoyub ondan yeri gəldikcə istifadə etmək lazımdır. Bu adəti orucluq zamanı iftardan sonra da davam etdirməklə orqanizmdəki maye itkisini bərpa edə bilərsiniz.
Hər gün səhər yeməyi (sahur və ya imsaq) yemək vacibdir. Səhər yeməyində süfrəyə az yağlı pendir, yarıbişmiş yumurta, pomidor, bibər qoymaq lazımdır. Orucluğa bir həftə qalmış buna adət eləsəniz, Ramazan ayı boyunca imsaqa qalxmağa çətinlik çəkməyəcəksiniz.
Orucluğa başlamazdan bir qədər əvvəl şam yeməklərini xəfiflətmək lazımdır. Daha çox sulu yeməklərə həvəs göstərilməli, qatıq, ayran kimi ağartı məhsullarından istifadə olunmalıdır. Bu, orucluq zamanı şəxsin iftarda ağır yeməklərdən qaçmasına yardım göstərir.
Ramazan ayında da piyada gəzmək adətini unutmaq olmaz. İftardan 2 saat sonra yarım saatlıq gəzinti orqanizmdə maddələr mübadiləsinin normallaşmasına kömək edir.
Bakı sakinləri yayda oruc tuturmu?
Dözülməz istilərdə oruc tutub, Allaha ibadət etdiklərinə ürəkdən inan insanlarla görüşmək üçün üz tutduq BDU-nun ilahiyyat fakultəsinin camisinə. Sabahın erkən saatlarında camiyə daxil olanda içəridə cəmi 4 adam var idi. Məscidin təmizlik işi ilə məşğul olan xadimə, məscidddə yatıb dincələn orta yaşlı kişi və biri “Qurani-Kərim”, digəri şəriətə dair kitab oxuyan iki gənc.
Gənclərlə salamlaşıb yanlarında əyləşirəm. Hər ikisi bu gün oruc tutduğunu bildirir. İlk olaraq özünü Röyal Əliyev kimi təqdim edən gənclə söhbətləşirəm. Röyal deyir: “Ağlım kəsəndən oruc tutub namaz qılıram. İbadətə nə vaxt başladığımı xatırlamıram. Elə illər olub ki, oruc tutmamışam, amma namazımı qılmışam”.
Bu istidə oruc tutmağın çətinliklərini soruşuram. Mənə elə gəlir ki, yayda oruc tutmaq əvvəlki illərdən daha çətindir. Ancaq Röyal başqa cür düşünür: “Yayda oruc tutmağın mənə görə heç bir çətinliyi yoxdur. Xoşbəxtəm ki, Allahın əmrini bu cür istilərdə də yerinə yetirə bilirəm”.
Yayda oruc tutmağın çətinliklərini Röyala sadalayanda etinasızlıqla çiynini çəkir: “Allah özü bizi yaşadır. Hər çətinlikdə bir fayda var”.
Özünü Məhəmməd Xəlilli kimi təqdim edən gənc BDU-nun fizika fakültəsinin tələbəsidir. Yenicə ibadətə başladığını bəhanə edib danışmaq istəməsə də, candərdi suallarımı cavablandırır. Üz-gözündən narahatçılıq hiss eləsəm də, söhbətə onu da cəlb edirəm. “Uşaq vaxtları oruc tutmaq istəsəm də alınmayıb. Bir müddət tutub sonradan dayandırmışam. Ancaq bu il ibadətə başladığım üçün Ramazan ayının sonuna qədər oruc tutacağam. Allaha şükür ki, heç bir narahatçılığım yoxdur”.
Gənclər ciddi cəhdlə məni inandırmağa çalışırlar ki, Ramazanın hansı aya düşməsinin əhəmiyyəti yoxdur. Əsas inanmaqdır. “Allahın əmirlərini yerinə yetirmək hər bir müsəlmanın borcudur. Ramazan orucunun böyük savabı var. İnşallah bu ay bütün günahlarımız bağışlanar”.
Gənclərlə birlikdə şəkil çəkdirib əhalinin gəliş-gedişinin sıx oldi olduğu “Elmlər Akademiyası” metrosuna tərəf yollanıram. Onlar dondurma yeyən gənclər danışmağa və şəkil çəkdirməyə həvəsli deyillər.
Özünü BDU-nun III kurs tələbəsi İlkin Heydərli kimi təqdim edən gəncdən nə üçün Ramazan ayında oruc tutmadığını soruşuram. İlkin çiynini çəkib gülür: “Bəyəm hamı oruc tutmalıdır? Mən bacarmıram. Aclığa dözə bilərəm, amma susuz qalmaq, siqaretsiz qalmaq mənlik deyil. Evdə nənəm tutur, onun savabı hamımıza bəsdir”.
Yaxınlaşdığım digər gənclər də susuz və siqaretsiz qalmaqdan çəkindikləri üçün oruc tutmadıqlarını bildirirlər. Ümumiyyətlə, şəhərdə Ramazan abu-havası o qədər də hiss olunmur. Bəzi dönərxanalar, kafelər, “türk restoranları” fəaliyyət göstərməsə də, metronun “Elmlər Akademiyası” və “Nizami” stansiyasının yaxınlığındakı kafelərə gələn müştərilərin sayında elə bir ciddi dəyişiklik yoxdur. Müşahidələr göstərir ki, Ramazan ayının yaya təsadüf etməsi oruc tutanların sayına az da olsa təsir edir.
Dini kitablarda yay orucu
Din alimləri hesab edir ki, orucun yay, yaxud qış aylarında tutulmasının heç bir fərqi yoxdur. Qadağalarda heç bir fərq yoxdur. Sadəcə, vaxtın uzunluğu, havanın isti olması çətinlik yaradır. Yayda oruc tutmaq iş rejimini pozurmu?
Alimlər belə hesab edir ki, bəzi işlər var ki, onu axşam saatlarında etmək mümkün deyil. Belə halda alimlər təklif edir ki, orucu tutun, amma gün altında çalışan adamlara isti daha çox pis təsir edərsə, onun halının pisləşməsi ilə nəticələnə bilərsə, bu zaman həmin gün üçün orucu dayandıra bilər. Lakin bu günlərin qəzası Ramazan ayından sonra tutulmalıdır. Ancaq bu o demək deyil ki, yayda oruc tutmağı təxirə salmaq olar. Oruc müsəlman üçün əmr olunan vacib əməllərdən biridir.
İslama görə, həddi-buluğa çatmış, sağlam insan oruc tutmalıdır.Əgər mədə, yaxud digər daimi, müalicəsi olmayan, yaxın gələcəkdə müalicəsi mümkün olmayan (mədə yarası, ağır dərəcəli şəkər və s.) xəstəliyi olan şəxs varsa, həmin insanlara istisna olaraq icazə verilib ki, oruc tutmasın. Lakin o, Ramazan ayının hər bir günü müqabilində bir kasıbı, yetimi bir dəfə doyuzdurmalıdır. Burada xəstənin yaşlı, cavan olmasının fərqi yoxdur.
Ramazan ayında xəstələnən adam da orucunu poza bilər. Ancaq həmin itirilmiş oruc günlərinin əvəzini Ramazan ayından sonra qəza tutmaqla çıxmaq vacibdir. Hamilə qadınlar ilk aylarda oruc tuta bilərlər. Lakin hamiləliyin son aylarına təsadüf edən orucu tutmamaq mümkündür. Çünki bu zaman gələcək ananın səhhəti ağır olur, halsızlıq baş verir, eyni zamanda qidasız qalmaq ana bətnində olan körpənin səhhətinə də ziyan vura bilər.
İslam inancına əsasən, Allah buyurur ki, “oruc mənim üçündür və mən də onun mükafatını Allah dərgahında xüsusi olaraq verəcəm”. Yayda tutulan orucun savabı ona görə böyük hesab olunur ki, Allah isti havalarda öz bəndəsinin səbrini bir daha sınağa çəkir, onu dözümlü olmağa çağırır.
Hər halda Bakının dözülməz və bürkülü istilərində oruc tutmaq böyük səbr və iradə tələb edir.
Cəlil Cavanşir

1401 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024