İqlimi dəyişdirən kəşf
23 iyul 2011
06:00
Son günlər Azərbaycanda havalar dəhşətli dərəcədə isti keçir. Günorta saatlarında açıq havaya çıxmaq demək olar ki, mümkün deyil. Hər kəs çalışır ki, kondisionerli otaqlarda otursun. Bir düymə ilə kondisioneri yandırıb, rahatca sərinlənirik. Ancaq bir dəfə düşündükmü yayın istisində, qışın soyuğunda köməyimizə çatan bu məişət texnikasını kim kəşf edib? Ümumiyyətlə, bunun tarixi hara gedib çıxır?
İslaq həsirlər və hind “punkah”ları
Elmi-texniki təkamül nəticəsində müasir vəziyyətinə gəlib çatan kondisionerlərin kökü antik dövrə gedib çıxır.
Qədim Romada insanlar sərinlənmək üçün evlərinin qapılarına islaq həsirlər asırdılar. Ancaq hava isti olduğuna görə bu həsirlər çox tez quruyurdu.
Ona görə də məcbur qalıb bu parçaları tez-tez isladırdılar.
Tarixin inkişafının sonrakı dövrlərində sərinlənmək üçün daha təkmil vasitələrdən istifad etməyə başladılar.
Ticarətin inkişafı ilə Hindistanda istifadə olunan və hindlilərin “punkah” adlandıdığı yelpiklər Avropaya da gəlib çıxdı. Bu yepliklər hava axınlarının qarşısına asılırdı və indiki sərinkeşlərin verdiyi sərinliyi nisbətən almaq olurdu.
Müasir dövrün sərinlətmə sisteminin skleti olan kondisionerin ortaya çıxması XX əsrin əvvəllərinə təsadüf edir.
30 tonluq ilk kondisioner
1901-ci ildə ABŞ-ın Kornel Universitetinin elektrik mühəndisliyini bitirən Uillis Karrier Buffalo şəhərində “Buffalo Forge” şirkətində işləməyə başladı. Parlaq fikirləri və problemlərə qarşı ixtira etmiş olduğu praktik çözümlərlə gözə girən Karrier 6 ay sonra şirkətin aradırma şöbəsinin müdiri təyin edildi.
İşlədiyi şirkətin isitmə sisteminə külli miqdarda pul xərcləndiyini görən Karrier bəzi təcrübələr həyata keçirməyə başladı. Sonra o məqsədini dəyişərək qapalı yerləri necə soyutmaq barədə araşdırmalar apardı.
Bu bu araşdırmalarını davam etdirərkən Nyu-Yorkdakı bir mətbəə Karrierin təcrübələrini təhlil edib ondan soyutma sistemi qurmasını istədi.
Uillis Karrierin 17 iyul 1902-ci ildə hazırlayıb başa çatdırdığı bu maşın dünyanın ilk kondisioneriydi və tam 30 ton ağırlığındaydı. Elm dünyasında çox maraqla qarşılanan bu maşının yaradıcısı Karrier 1906-ci ildə bu kondisioneri bir az da inkişaf etdirib patent aldı.
Bu sistemdə hava pər vasitəsilə maşının içinə çəkilir və geri püskürdüləndə soyuq hava çıxırdı.
1915-ci ildə o və daha başqa altı mühəndislə birlikdə «Carrier» firmasının əsasını qoyurlar və kondisionerlərin istehsalı və satışı ilə məşğul olurlar. Hazırda dünyada istehsal olunan kondisionerlərin 12 %-i bu firmanın payına düşür.
Kondisionerlər ilk vaxtlarda yalnız istehsal müəssisələrində tətbiq olunurlar. Kondisionerlərin getdikcə geniş tətbiqi onların şəxsi evlərdə tətbqinə maraq yaradır. Belə ki, 1950-ci ildən başlayaraq kondisionerlər ABŞ-da məişət malları kimi satışa çıxarılır. Avtomobillərdə isə kondisionerlərin tətbiqi 1938-ci ildən başlayıb.
SSRİ-də ilk kondisioner zavodu Bakıda
Keçmiş SSRİ-də ilk kondinsioner zavodu 1970-ci illərdə Bakıda tikilir. Bu zavod Yaponiyanın Hitaşi firmasının lisenziyası əsasında məişət kondisionerləri hazırlayır. 80-ci illərdə Bakı kondisionerləri zavodu ildə 400-500 min ədədə qədər məhsul buraxırdı. Bunlardan hər 100-150 mini xaricə ixrac olunurdu. Bakı kondisionerlərinin ən böyük alıcısı Kuba sayılırdı, onlar ildə 700 ədəd kondisioner alırdılar. Başqa eksport ölkələri Çin, İran, Misir və Avstraliya idi. Bakı kondisionerləri öz qabariti və səsi ilə başqa xarici kondinsionerlərdən geri qalsalar da, onların uzunömürlülüyü çox yüksək idi. Bu kriteriyaya görə onunla heç bir xarici ölkədə istehsal olunmuş məmul rəqabətə girə bilmirdi.
İşləmə prinsipi
Kondisionerin işləmə prinsipi soyuducunun işləmə prinsipi ilə eynidir. Onun tsikli 4 mərhələdən ibarətdir:
1. Soyuducu maddə qapalı kontur daxilində hərəkət edir. Birici mərhələdə o, kompressor tərəfindən sıxılır. Onun temperaturu və təzyiqi artır.
2. Qızmış soyuducu maddə kondensatora daxil olur və orada o, yüksək təzyiq altında mayeyə çevrilir. Ayrılan istilik kondisionerin ventilyatoru vasitəsilə ətrafa ötürülür.
3. Sonra soyumuş soyuducu maye genişləndirici klapana daxil olur və orada sıçrayışla genişlənir. Onun təzyiqi azalır və temperaturu artır. Soyuducu maddə buxarlandırıcıya daxil olur.
4. Buxarlandırıcıya daxil olan soyuducu maye qaynamağa başlayır və otaq daxilində olan havanı sorur. Bu zaman o qaz halına keçir. Qaz halında olan soyuducu maddə yenidən kondensatora ötürülür və proses təkrarlanır. (Wikipedia)
Evimizi sərinlədir, bəs dünya necə olsun?
Kondisionerlər bizə zövq verir. Bəs təbiətə necə? Soyutma sistemlərinin havaya buraxdığı qaz təbiətə və ozon qatına böyük zərər vurur. Eyni zamanda, kondisionerlər ifrat miqdarda elektrik enerjisi udur.
Araşdırmalara görə, ABŞ-da istifadə olunan elektrik enerjisinin 15 faizi kondisionerlərə gedir. İsti günlərdə isə bu rəqəm 40 faizə çatır.
Bütün bunları nəzərə alaraq demək olar ki, kondisionerlər evimizi sərinlədir, amma dünyanı isidir.
Müasir kondisionerlər bunu da nəzər alır. İndiki kondisionerlərin bazardakı əsas rəqabəti məhz təbiətə daha az ziyan vurmasıdır. Şirkətlər çalışır ki, istehsal etdikləri kondisionerlər daha az elektrik enerjisi istifadə etsinlər.
Qapalı yerləri sərinlətmə üçün istifadə oluna kondisonerlər 70 voltluq lampayla eyni miqdarda elektrik istifadə edir.
Müasir kondisonerlərdə olan “ekonom” rejim istənilən temperatura çatanda işləmə tepmini azaldır. Beləliklə də enerji istifadəsini azaldır.
Hazırladı: Elmin HƏSƏNLİ

2339 dəfə oxunub
Oxşar xəbərlər
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi
09:00
6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?
15:00
5 dekabr 2024