"Başımı kəssəniz də..." - Çexovun pandemiya məktubu

"Başımı kəssəniz də..." - Çexovun pandemiya məktubu
2 iyun 2020
# 14:53

Kulis.az dünyaca məşhur rus yazıçı Anton Çexovun 1892-ci ildə həmkarı, jurnalist və "Yeni zaman" qəzetinin təsisçisi Aleksey Suvorinə pandemiya ilə bağlı yazdığı məktubu təqim edir. Həkim olan Çexov yazıçı həmkarına epidemiya zamanı həkimin çətin borcu barədə yazır... Məktubdan hiss olunur Çexov bundan əvvəl işi ilə əlaqəli Suvorinə dəfələrlə yazıb, ikinci isə onun işini yarıtmayıb.

Anton Çexov, A.S. Suvorinə...
16 avqust 1892-ci il. Melixovo.

Başımı kəssəniz də, mən əlavə heç nə qeyd etməyəcəm. Mən Abbatsiyaya da yazdım, Sankt-Morrisə də. Ən azı on dəfə müraciət etdim. Lakin indiyə qədər, siz mənə bir dənə də olsun düzgün ünvan verə bilmədiniz. Təəssüf ki, mənim heç bir məktubum sizə çatmadı və mənim vəba barədə təfsilatlarım, mülahizələrim əbəs yerə itib batdı. Bu məni incidir. Amma, ən çox əzab verən odur ki, bizim vəba problemi haqqında məktublarımızdan sonra, siz qəflətən lacivərd sahillərdəki Biarizdən yazırsınız ki, mənim keçirdiyim asudə həyata qibtə edirsiniz. Qoy Allah sizin günahlarınızı bağışlasın!

Belə ki, mən sağ və salamatam. Yay əla keçdi, isti, quru, hərarətli, məhsulu bərəkətli, amma bütün bu gözəlliklər – ta iyuldan başlayaraq - vəba barədə xəbərlərlə tamam korlandı. O, zaman ki, siz məktublarınızda məni gah Vyanaya, gah Abbatsiyaya dəvət edirdiniz, mən artıq Serpuxov zemstvosunda sahə həkimi kimi fəaliyyət göstərirdim, vəbanın quyruğundan yapışmağa çalışırdım və hər yerdə yeni mübarizə sahəsi təşkil edirdim. Mənim sahəmdə 25 kənd, dörd fabrik və bir monastır vardır. Səhər xəstələrin qəbuludur, gündüz və günortalar isə səfərlər başlayır. Səfərə çıxıram, qəsəbələrdə mühazirə oxuyuram, müalicə edirəm və hirslənirəm ki, zemstvo təyinat nöqtələrini təşkil etmək üçün mənə heç qara qəpik də ayırmır. Məcbur olub, varlı-karlı adamları bir-bir, qapı-qapı gəzirəm. Pul istəyirəm. Məlum oldu ki, mən dilənçilikdə bacarıqlıymışam. İndi mənim bu istedadım sayəsində, sahəmdəki yüksək şəraitlə təmin olunmuş iki, zəif təmin olunmuş beş barakla öyünürəm.

Mən zemstvonu hətta dezinfeksiya üçün xərclərdən də azad etmişdim. Əhəngi, göy duzu və başqa zir-zibili sahəmdəki 25 kəndin fabrikantlarından istəyib almışdım. Bir sözlə, A.P. Kolominin fəxr etməlidir ki, ikimiz də eyni gimnaziyada təhsil almışıq.

Ruhum büsbütün əldən düşmüşdür. Darıxıram. Özünə aid olmamaq, yalnız qarınağrısı haqqında düşünmək, gecələr it hürüşmələrindən və qəfil qapı döyülmələrindən (görəsən mənim dalımca gəliblər?) diksinmək, qoca, yorğun atlarla naməlum yollarda getmək, yalnız vəba haqqında oxumaq, yalnız vəba sorağında olmaq və eyni zamanda, xəstəliyə və xidmət etdiyin insanlara biganə qalmaq – bu, əziz dostum, elə bir vəziyyətdir ki, sonunda çıxış yolu görünmür. Vəba artıq Moskvaya və Moskva uyezdinə çatmışdır. Onu saatbasaat gözləmək lazımdır. Xəstəliyin Moskvadakı getişatı göstərir ki, o gah canlanır, gah da gücünü itirir. Yenə, daha dərindən fikirləşdikdə baxırıq ki, xəstəlik görülən tədbirlərə baş əyməyə meyillidir. İntellegensiya işləyir, nə pulunu, nə canını əsirgəmir. Nijnidəki həkimlər və ümumiyyətlə mədəni insanlardır möcüzələr yaradırlar. Mən vəba haqqında oxuduqca dəhşətə gəlirdim. Keçmişlərdə minlərlə insanın xəstələrin öldüyü miskin dövrlərdə, bizim gözlərimiz qarşısında baş verən qələbələri nəinki arzulaya, heç yuxuda da görə bilməzdilər. Heyif ki, həkim deyilsiniz və mən duyduğum peşə zövqünü Sizinlə bölüşmək imkanında məhrumam. Təəssüf, Siz görülən işləri hiss edə və qiymətləndirə bilmirsiniz. Yeri gəlmişkən, bu barədə qısa danışmaq mümkün deyil.

Vəbanın müalicə metodu olduqca, yavaş və səbirli yanaşma tələb edir. Hər bir xəstəyə axı 5-10 saatlıq vaxt sərfi tələb olunur. Belə ki, məsələn, mən Kantani adlanan üsuldan bəhs etsəm – tanin imalə və xörək duzu məhlulunun daxilə yeridilməsi - axmaqdan belə səfeh görünərəm. Mən bir xəstəylə məşğul olduğum müddətdəcə, onlarla insan xəstələnib öləcək. Axı, məni möhtərəm adlandıran, yanımda siqaret çəkməyə utanan, mənsiz bir addım belə atmağı bacarmayan feldşeri saymasaq, bütün bu 25 kəndə cavabdehəm? Tək-tək infeksiya hallarında mən güclüyəm, amma, Allah eləməmiş, yoluxma həddi günə beş xəstəyə qədər yüksələrsə, ona əsəblərim dözməz, gücüm tükənər və özümü günahkar kimi hiss edərəm.

Əlbəttə, indi ədəbiyyat haqqında düşünməyə belə dəyməz. Buna görə də, heç nə barədə yazmıram. Məzmundan imtina etmişəm ki, özümə cüzi də olsa fəaliyyət sərbəstliyi saxlaya bilim. Buna görə də, bir qəpik belə qazancım yoxdur. Gözləyirəm görüm, nə vaxt taxılı üyüdüb satacaqlar. Hələlik isə, ancaq əlimə keçənlərlə qidalanıram. Hər şey öz məhsulumuzdur. Hətta çörək də. Düşünürəm ki, iki ildən sonra, mənim ev xərclərim heç min manatı da aşmayacaq.
Qəzetlərdən vəbanın bitdiyini öyrənəcəyiniz zaman, bilin ki, yenə də yazı-pozu işinə girişmişəm. İndi, Zemstvoda işlədiyim müddətdə isə, məni ədəbiyyatçı hesab etmək düzgün olmaz. Eyni anda, iki dovşanın ardınca qaçmaq mümkün deyildir.

Tərcümə: Vüsal Bağırlı

# 2482 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

15:17 26 noyabr 2024
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

09:00 26 noyabr 2024
 Fidan Bayramova:  Hər adına bir arvad - Yeni imza

Fidan Bayramova: Hər adına bir arvad - Yeni imza

17:00 25 noyabr 2024
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
#
#
# # #