Qadın bətnindən çıxıb qadına təcavüz edənlər

Qadın bətnindən çıxıb qadına təcavüz edənlər
1 sentyabr 2022
# 19:36

Bir də dünyada ən pis şey ananın əlacsız qalmasıdı. Qızına qarşı zorakılıq olan ana əlləri əsərək deyir:

"Bilmirəm nə cür deyim, deyə bilmirəm".

Mən Allahın hökmünə, gücünə inanan adamam. 14 yaşlı qızın yəqin göz yaşını görür, mütləq görür!

Niyə axı 100 illik, 1000 illik, milyon illik dünyada belə hal baş verir?


Niyə görəsən qadının qarnından çıxan oğlan, gedib başqa qadının bədəninə zor tətbiq edir?


Bəs burada günah kimdədi?


Axı psixoloq görmüş məktəbli ilə, ailə tərbiyəsi görmüş insan arasında fərq var. Niyə axı belə halda ancaq məktəb yada düşür. Ki, məktəbdə psixoloq düzgün işləməyib. Məktəbdə psixoloq yoxdur. Könül istər olsun. Amma biologiyanı oxumayan, o dərsə girməyən şagird psixologiya dərsinə girəcək? Bu çox banal yanaşma deyilmi? Məktəblinin ən yaxşı psixoloqu anasıdır. Ana ən yaxşı təsir mexanizminə sahib varlıqdır.


Niyə evimizdə tərbiyə olunmuruq?


Niyə ananlarımız bizi qadına qarşı tərbiyə etmir?


Niyə bizim vicdanımız evdə yaranır, çöldə itib gedir?


Mən özüm əminəm ki, bu dövlətin, hökumətin də işi deyil. Bu, vicdan, iman məsələsidir.


Neyləsin, DİN bir-bir, bir milyon, bəlkə də daha çox oğlan uşağını izləsin?


Deməli, cavab sadədədi: uşağımızı ədəbli, imanlı, vicdanlı böyütməliyik.

# 2556 dəfə oxunub

Müəllifin son yazıları

# # #