Homoseksual cütlüyün öpüş rekordu - 50 saat 25 dəqiqə!

Homoseksual cütlüyün öpüş rekordu - 50 saat 25 dəqiqə!
22 fevral 2013
# 08:45

1973-cü ildə içkili bir sürücü Saxara səhrasındakı yeganə ağacla toqquşmadan ölüb.

Stalin oğlu Yakovdan o qədər nifrət edirmiş ki, Yakovun intihar cəhdinin uğursuz alındığını eşidəndə: “Güllə də ata bilmir”,- deyib.

Avropa Parlamentinin baş tərcüməçisi 32 dildə səlis danışa bilir.

1990-cı illərdə Cənubi Koreyada məktəblərə bütün müəllimlər qarmonda ifa etmələri şərti ilə götürülürmüş.

Amsterdamda yanınızda qohum-əqrəbanız olmadan ölsəniz və cənazənizə heç kim gəlməsə, bir şair sizin üçün şeir yazar və məzarınızın başında oxuyar.

İngiltərədə aparılan bir araşdırmaya görə, pivə kökəlməyə səbəb olmurmuş. Demə, pivənin qarın çıxarması nağıl imiş.

Statistikaya görə, “Facebook” sizi dostlarınızın daha xoşbəxt olduğunu düşünməyə və beləcə depressiyaya girməyinizə səbəb olur.

Orta Asiyalıların əksəriyyətinin arxasında anadangəlmə mavi ləkə var və bu ləkəyə “Monqol ləkəsi” deyilir.

İngiltərədə həbsə girən Robert Hilton adlı kişi 21 il sonra həbsdən Rebeka Hilton adlı qadın kimi çıxıb.

Üsamə bin Ladenin ən azı 54 ögey qardaş-bacısı var. Çünki atası 22 dəfə evlənib.

İntibah dövründə kiminsə cadugər, yaxud qulyabanı olmasından şübhələr vardısa, o adama ağlamaq əmr olunurdu. Ağlamadıqları təqdirdə öldürülürdülər.

Araşdırmalar göstərib ki, az danışmaq beyinə zərərdir. Az danışmaq yaş keçdikcə xərçəng və alçheimer xəstəlikləri riskini artırır. Ona görə də çox danışmaqdan qorxmayın.

Tennis oyununda tərəflərdən birinin “0” xalı varsa, ona “Love”(Sevgi – red.) deyilir. Məsələn, 15-0 hesabı “Fifteen-Love” sayılır. Burdakı “Love” – “tennisi sevdiyim üçün oynayıram” mənasını verir.

Darvinin meymunları insanlardan daha ağıllı saymağının səbəblərindən biri də meymunların zərərli şeylərdən (məsələn, spirtli içki) uzaq durmağı ilə bağlıdır.

İndi heç olmayacağınız qədər gənc və heç olmadığınız qədər qocasınız.

Nə qədər ağıllısınızsa, o qədər çox yuxu görürsünüz.

BMT-nin verdiyi “Dünya Vətəndaşı Mükafatı”nın ilk sahibi aktrisa Ancelina Colidir.

Alyaska qarabalığı soyuq qütb cərəyanı gələndə suda donur. Havalar isinəndə donu açılır və həyatına davam edir.

Statistikaya görə, kişilər birinci evliliklərində özlərindən 3 yaş, ikincidə 5 yaş, üçüncüdə 8 yaş balaca qadınlarla evlənirlər.

Dünyada öpüşmək rekordunu 50 saat 25 dəqiqə ilə bir homoseksual cütlük vurub.

İnsan beyni səhərlər digər vaxtlara nəzərən 10 dəfə daha aktivdir.

Gündə 1 stəkan pivə içmək bir müddətdən sonra döşlərin böyüməsinə səbəb olur.

İtaliya dövləti qadına təcavüz və zorakılıq edənlərə vətəndaşlıq verməməklə bağlı qərar qəbul edib.

Deyilənə görə, Platon oğlan tələbələrindən birinə gizlicə vurulub. İndi də çox işlətdiyimiz “platonik” sözü də məhz buradan qaynaqlanırmış və “gizli sevgi” mənasını verirmiş.

Qızılca xəstəliyinə iki dəfə tutulmaq mümkün deyil, çünki xəstəliyə aid viruslar bədənə bir dəfə daxil olduqdan sonra daima qalır.

Heç evlənməyən kişilər evli kişilərlə müqayisədə 10 il az yaşayırlar.

Qadın bütün həyatının təxminən bir ilini “bu gün nə geyinim?” deməklə keçirir. 72 yaşı orta yaş həddi kimi qəbul etsək və qadın bunun 1/72 hissəsini qərar verməyə sərf edirsə, deməli günə təxminən 20 dəqiqə vaxt düşür.

# 3908 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #