İlk porno film, ilk büstqalter, ilk şampan

İlk porno film, ilk büstqalter, ilk şampan
19 iyun 2013
# 07:45

Kulis.Az bəzi ilkləri təqdim edir.

İlk porno filmi - Cerardo Dimiano çəkib. Baş rolda Linda Lavleysin çəkildiyi “Dərin yudum” adlı filmdən sonra pornoqrafiya “çiçəklənməyə” başlayıb. “Yaşıl qapı arxasında”, “Şeytan qadın” kimi filmlər 70-ci illərin ən populyar filmlərinə çevrilib.

Sonrakı illərdə pornoqrafiya hətta “azadlığın təcəssümü” kimi qələmə verilib. Porno filmlər təkcə həvəskarlar, yeni başlayan rejissorların deyil, Lars fon Triyer kimi məşhur rejissorun da diqqətini çəkib. Triyer başlanılan mərhələni bitirməyə qərar verib və “post pornoqrafiya” anlayışını düşünüb. Bu anlayışdan təsirlənən bəzi rejissorlar “X romans”, “Axmaqlar” kimi porno filmlər ortaya qoyub ki, bunlar da porno deyil, yalnız xoşagəlməz seks idi. Pornonun ideyası tamaşaçıya zövq vermək və hiss yaratmaqdır.

İlk büstqalter – 1889-cu ildə fransız Ermini Kadol tərəfindən hazırlanıb. İki il sonra Fransadan Hüqo Şindler vasitəsilə Almaniyada, 1914-cü ildə isə Meri Felps Cekobsla Amerikada məşhurlaşıb.

“Busten halter” (sinəni saxlayan) sözündən götürülən büstqalter ilk dövrlərdə qadınların marağına səbəb olmayıb. Çünki o vaxt qadınlar korset taxmağa adət etmişdilər və yeni kəşf maraqlı deyildi. Ona görə də, Meri Cekobs tezliklə patentini 1,5 milyon dollara Konnektikutdakı “Uorner qardaşları” korset kompaniyasına satıb. Təkcə ilk 30 ildə büstqalter satışından kompaniya 15 milyon dollar qazanıb.

Büstqalterlərin ilk klassifikasiyasını isə Rusiyaya emiqrasiya etmiş İda Rozental əri ilə birgə 1922-ci ildə hazırlayıb.

Tənzimlənən kəmərli büstqalterlər 1942-ci ildə satışa çıxarılıb.

İlk şampan - VIII əsrin ikinci yarısında Fransanın Şampaniya əyalətində hazırlanıb. 1668-ci ildə yaranan içki tezliklə Fransanın bütün əyalətlərinə yayılmağa başlayıb.

Şampanın yaranması isə sırf təsadüfdür desək, yanılmarıq. Belə ki, Fransanın şimal əyalətlərində ağ çaxırlar ikinci dəfə qıcqırmaya qaldıqları dövrdə tez-tez partlayıblar. Buna görə Şampaniyadan olan şərablar "şeytansayağı" sayılırmış. İlk dəfə Pyer Perinon üzümün müxtəlif növlərinin şirəsini birləşdirərək şərab butulkalarını bağlamaq üçün palıd ağacının mantarından istifadə edib. İlk müasir şampan butulkası 1800-cü ildə kəşf olunub. Kimya professoru Monmene 1858-ci ildə köpüklü şərabın hazırlanma texnologiyası haqda kitab yazıb.

# 4134 dəfə oxunub

Müəllifin son yazıları

# # #