“Bu dünyanı Tanrı yaradıbsa...”

“Bu dünyanı Tanrı yaradıbsa...”
30 mart 2013
# 08:30

Kulis.az alman filosof Artur Şopenhauerin aforizmlərini təqdim edir.

Evlənmək – hüquqları ikiyə bölmək və vəzifələrini iki dəfə artırmaq deməkdir.

Ağlım mənə deyil, dünyaya aiddir.

Həyatın ilk əlli ili mətn, geri qalanı şərhdir.

Bu dünyanı Tanrı yaradıbsa, onun yerində olmaq istəməzdim. Çünki dünyanın səfaləti ürəyimi parçalayır.

Doğulduğumuzdan bəri bircə şeydə yanılmışıq. O da bu dünyaya xoşbəxt olmaq üçün gəldiyimizi düşünməyimizdir.

Hamı özündə əksik olanı sevir.

İnsan təbii ki istədiyini edə bilər, amma istədiyini istəyə bilməz.

Kitabxanalar insanlığın ən etibarlı və daimi yaddaşıdır.

Hər ayrılıq ölümün, qovuşmaq isə yenidən dünyaya gəlməyin dadını əvvəlcədən hiss etmək kimidir.

Dünyanın ən yoxsul insanı puldan başqa heç bir şeyi olmayandır.

Qabiliyyət başqalarının vura bilmədiyi, dahi isə başqalarının görə bilmədiyi hədəfi vuran atıcıdır.

Məntiqlə qurulmayan şey məntiqlə idarə edilə bilməz.

İnkişafımız üçün güzgüyə ehtiyac var.

Həyat bərbaddır. Həyatımı onu düşünərək keçirməyə qərarlıyam.

Pul dəniz suyuna oxşayır, nə qədər çox içsən, o qədər çox susayırsan.

Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmasa, hər şey mənasızdır.

Mərhəmət əxlaqın təməlidir.

Şükür ki, yüz dənə axmaq yığışsa, bir dənə ağıllı adamı əvəz edə bilməz.

Tikansız gül yoxdur, amma gülsüz çoxlu tikanlar var.

Vərdiş zəncirləri - əvvəldə eşidilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər güclü olur.

Dünya olmasaydı da, musiqi olardı.

Kimsə sizin üçün çox dəyərlidirsə, bunu ondan günah kimi gizlədin. Xoş olmasa da, bu, ən yaxşısıdır. Çünki insanlar bir yana, heç itlər böyük dostluqlara dözə bilmirlər.

İnsanların tale dedikləri şey çox vaxt onların öz başlarına açdıqları axmaq oyunlardır.

Dünyada qürur duyulası heç nəyi olmayan axmaqlar son çarə kimi aid olduqları ölkə ilə qürur duyurlar.

# 3036 dəfə oxunub

Müəllifin son yazıları

# # #