Bu ay İranın Tehran şəhərində 31-ci Beynəlxalq Fəcr Festivalı keçiriləcək. Kulis.az-ın məlumatına görə festivalda Milli Dram Teatrı iştirak edəcək.
Teatr kollektivi Afaq Məsudun eyniadlı əsəri əsasında Mehriban Ələkbərzadənin quruluş verdiyi “Qatarın altına atılan qadın” tamaşası ilə təmsil olunacaq.
Onu da deyək ki, 22 ölkənin iştirak edəcəyi Fəcr festivalının münsiflər heyətində Azərbaycanın xalq artisti Cənnət Səlimova və əməkdar artist Şövqi Hüseynov da təmsil olunurlar. Festival yanvarın 21-dən 31-dək davam edəcək.
«Tragikomediya» janrında təqdim edilən tamaşada rolları Əməkdar artistlər Kəmalə Hüseynova (Gültəkin Sarabskaya), Cəfər Əhmədov (Xasay Dilgir), Pərviz Bağırov («Nəzarətçi»), Kazım Abdullayev («Rejissor»), Hicran Nəsirova («Tumsatan»), aktyorlar Rəşad Bəxtiyarov («Qəzetsatan»), Elnar Qarayev («Dilənçi»), Şəhla Əliqızı («Rejissor köməkçisi») ifa edirlər.
Festival müddətində kollektiv tamaşanı 3 dəfə nümayiş etdirəcək.