O rolu Fuad Poladov oynayacaq

O rolu Fuad Poladov oynayacaq
19 aprel 2013
# 10:06

Akademik Milli Dram Teatrında dramaturq Əli Əmirlinin “Şah Qacar” tamaşası hazırlanır. Kulis.Az-ın məlumatına görə rejissor Azərpaşa Nemətovun səhnəyə qoyacağı tamaşada Şah Qacar rolunu xalq artisti Fuad Poladov oynayacaq. Qacarın anası Ceyran xanımı Laləzar Mustafayeva, Kərim Xan Zəndi Məmməd Səfa canlandıracaq. Vidadi Həsənov, Ayşad Məmmədov, Sabir Məmmədov da tamaşada rol alacaqlar. Tamaşanın musiqisini Siyavuş Kərimi bəstələyəcək.


Tamaşanın iyun ayında premyerası planlaşdırılır.

# 3733 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #