Xalq artisti dəm qazından zəhərləndi

Xalq artisti dəm qazından zəhərləndi
30 noyabr 2012
# 12:43

Xalq Artisti Rafiq Əzimov dəm qazından zəhərlənib.

Bu barədə Kulis.az-a aktyorun özü məlumat verib.

Aktyor deyib ki, bu gün səhər saatlarında yuyunmaq üçün hamama girib, yarım saat sonra isə onu vanna otağında huşsuz vəziyyətdə tapıblar.

Rafiq Əzimov deyib ki, onu həyat yoldaşı xilas edib:"Hazırda xəstəxanadayam. Xoşbəxtlikdən həyat yoldaşım evdə olub. Görüb ki, vanna otağından su şırıltısı eşidilmir, qapını güc tətbiq etməklə açıb. Məni huşsuz vəziyyətdə olduğumu görüb. İndi Mərkəzi Gömrük hospitalındayam. Özümü yaxşı hiss edirəm, amma həkim dedi ki, bir neçə gün burda qalmalıyam. Analizlər götürülüb, bunun əsasında müəyyənləşəcək ki, qanımda zəhərlənmə var, ya yox”.

Xatırladaq ki, Rafiq Əzimov Milli Dram Teatrının aktyorudur.

# 7136 dəfə oxunub

Müəllifin son yazıları

# # #