Hər yerdə nadanlıq...

Hər yerdə nadanlıq...
19 dekabr 2014
# 12:55

Qan TURALI

Birotaqlı kirayə evin mətbəxində solğun işıqda gözünün nurunu tökə-tökə roman yazan, neçə adamın qarşısında əyilib o kitabın çapı üçün pul axtaran, sonra isə çap etdirdiyi kitabı mağazalara paylayan yazıçılar görmüşəm.

Qonorar yox, oxucu az, kitab mağazaları masaj salonu...

Sovet dövlətinin yaratdığı nəhəng kitab şəbəkəsi çöküb.

Metrolarda da kitab satışı qadağan edilib.

Hansı tərəfə baxırsansa bayağılıq tökülür, efir saxta dramalarla, ucuz göz yaşları, mərhəmət şouları, cəhalət əsgərləri ilə dolu...

“Fəaliyyətdə olan nadanlıqdan qorxulu şey yoxdur”

Bu nadanlıq hər yerdədir; elmdədir, incəsənətdədir, avtobusların maqnitofonlarında, xalqın dilindədir.

Və o nadanlıq müqəddəs olan hər şeyi yeyir.

Müqəddəs heç nə saxlamır.

Göylərə ucalan toyxana sədaları, ölü teatr, məzmunsuz kino...

Azərbaycanı bayağılıq işğal edib.

“Ətrafımda hər şey iyrəncdir”

Bu iyrənclik fonunda, bu cahillər maskaradında ədəbiyyat yada düşmür.

“Gilası mürəbbə, quzunu kabab
Şairi heykəl tək xoşlayan adam”lar...

Yüz il keçəcək yenə də şairlərə heykəl qoyacaqsınız...

Yazıçıların adını küçələrə verəcəksiniz...

Amma bu gün deyirsiniz: “İndi nə yazırlar ki...”

Şairi öldürüb başında ağlayanlar arasında yaşayırıq.

Sabir haqda ağız dolusu danışıb sonra da Xoşqədəmə baxanlar...

Mirzə Cəlili mədh edir, Kefli İsgəndərə daş atanlar...

Kitabdan danışan kitabsızlar...

Bayağılığın parıltısında ədəbiyyatın işığı görünmür.

Birotaqlı evin mətbəxində solğun işıqda gözünün nurunu tökə-tökə roman yazan, neçə adamın qarşısında əyilib o kitabın çapı üçün pul axtaran, sonra isə çap etdirdiyi kitabı mağazalara paylayan yazıçılar görmüşəm.

# 1309 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #