Rəşad Məcid

Rəşad Məcid
21 avqust 2014
# 12:07

Rəşad Məcidlə ilk dəfə tanış olanda mənim 21 yaşım vardı. İlk görüşümüzdə məni “525-ci qəzet”ə işə götürdü və Mədəniyyət Nazirliyinin 3 günlük düşərgəsinə yolladı.

Gözəl təəssüratla başlayan bu tanışlığımızın üstündən keçən illər ərzində bizim aramızda gərgin günlər də az olmayıb.

Lakin bu gərgin günlərdə belə mənim Rəşad Məcidə olan hörmətim qətiyyən azalmayıb.

Mən Rəşad Məcidin simasında fərqli, bir az da ziddiyyətli adam tanıyıram.

Etimad Başkeçid Rəşad Məcid haqqında qeydində ironiyalı gülüşünün altında qəribə bir kədər gizləndiyini yazmışdı.

Bu kədərin nə olduğunu elə bilirəm ki, Etimad da çox gözəl anlayır, mən də az-çox başa düşürəm.

Əsas odur ki, Rəşad Məcid dərin daxili dünyası olan adamdır və mən əminəm ki, bütün qara dumanlar da uçub gedəcək.

Bu gün bu kədərli şeyləri niyə xatırlatdım ki?!

Rəşad Məcidin portretini çəkmək üçünmü?

Amma bu portretə əlavə ediləsi ştrixlər kifayət qədərdir.

Mən Rəşad Məcidi ifadə etmək üçün bir söz tanıyıram: özünəməxsus.

Çox görmüşük eyni qəlibdən çıxmış, trafaret kimi adamları...

Rəşad müəllimin duruşu, danışığı isə heç kimə bənzəmir.

İroniyası da özününküdür, zarafatı da, gülüşü də, leksikonu da.

O, 50 yaşı tamam olan adamların da heç birinə bənzəmir.

Təbriklər, Rəşad müəllim...

# 2021 dəfə oxunub

Müəllifin son yazıları

# # #