Kulis-in çılpaqlığı

Kulis-in çılpaqlığı
1 iyul 2011
# 14:39
Kulis-ə yarandığı 4 aprel günündən bu yana səslənən bir irad var.

“Açıq-saçıq yazılar veririk, əxlaqsızlığı yaymaqla məşğuluq” və s.

Düzü, bu mənzərə məni təəccübləndirir.

Bəzi adamlar da “enerjiyə qənaət” prinsipi ilə işləyirlər.

Yəni hər hansı bir məsələni araşdırmadan, ayrıntılarını öyrənmədən hazır damğalarla, hazır “ustanovka”larla düşünürlər.

“Kulis.az açıq-saçıq yazılar verir”.

Bu damğa dərgini qiymətləndirmək üçün “ustanovka”dır.

Oysa məsələnin belə olmadığını sayta gözucu baxmaqla bilmək olar.

Mən bu yazını yazdığım saatlarda manşetdəki 4 yazı belədir:

Günel Mövludun reportajı, Ədalət Əsgəroğlunun repressiya illəri ilə bağlı müsahibəsi, Moldovada həbs edilmiş Eduard Bağıriov və məşhur yapon yazıçısı Yukio Misima haqda araşdırma.

Aşağıda Elçin Əlibəylinin tənqidi məqaləsi, məşhur rejissor Lars Fon Trierin və Rauf Arifoğlunun müsahibəsi...

Bu yazıları görməyib kiminsə fikri Ancelina Coli “Uşaqlar, biz sevişəcəyik” sözlərinə gedirsə, bu onun öz problemidir.

Kimsə Ketrin Mensfildin hekayəsini oxumaq əvəzinə Latın gözəllərinə tamaşa edirsə bu bizim çılpaqlığımıza dəlalət edir?

Kulis.az-ın devizi isə sadədir: “Maraqlı olan hər şey”.
# 2935 dəfə oxunub

Müəllifin son yazıları

# # #