Sübhidən sonra

Sübhidən sonra
11 dekabr 2013
# 11:42

Qan Turalı yazır...

Türkiyənin ən qədim partiyası Türkiyə Kommunist Partiyasıdır.

Həmin partiyanın rəsmi saytından öyrənirik ki, partiya 1920-ci ildə Bakıda qurulub.

Partiyanın qurucusu Mustafa Sübhidir.

Partiya qurulandan bir il sonra Mustafa Sübhi 14 silahdaşı ilə birlikdə Qaradənizdə xaincə öldürüldü.

TKP-nin qurucusu Mustafa Sübhinin xatirəsi türk kommunistləri üçün çox əzizdir.

Küçük İskəndər yazdığı məşhur “Türkiyə” şeirində Sübhini də xatırlayırdı:

Mustafa Suphi, artık hamsi mi Türkiye, dikkat et,

balıkları örgütlemesin.

Hamsi məlum olduğu kimi Qaradənizin məşhur balığı, Sübhinin öldürüldüyü Trabzonun simvoludur.

Ahmet Qayanın “Bir əcaib adam” mahnısı Sübhiyə həsr edilib.

Srağagün Bakıda onun adına küçə vardı.

Dünən bu küçə yox oldu.

Sübhi sularda, küçə yoxluqda qeybə çəkildi.

# 3617 dəfə oxunub

Müəllifin son yazıları

# # #