Bakının işğaldan azad edilməsinə həsr olunan şeir

Bakının işğaldan azad edilməsinə həsr olunan şeir
15 sentyabr 2025
# 13:05

Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib.

Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Kulis.az bu münasibətlə Əhməd Cavadın "Bismillah" şeirini təqdim edir.

Atıldı dağlardan zəfər topları,
Yürüdü iləri əsgər, bismillah!
O xan sarayında çiçəkli bir qız
Bəkliyor bizləri zəfər, bismillah!

Ey döyünən ürək, dumanlı şəhər,
Bilirmisən bu zır gurultu nədir?
Aç sisli qoynunu ordumuz gəlir.
Nişanlın qoynuna girər, bismillah!

Ey hərbin taleyi bizə yol ver, yol!
Sən ey gözəl dəniz, gəl türkə ram ol!
Sən ey sağa, sola qılıc vuran qol
Qollarına qüvvət gələr, bismillah!

Ey Bakı, sən qorxma, gəldik, gələli
Sənin üçün biz atıldıq iləri,
Sağ olan annelərə olur təsəlli
Şəhidlərin ruhu gülər, bismillah!

Ey düşmən, alnının yazısı qara,
Öldürməz bizlərə vurduğun yara,
Yolladığım qurşun ərmağan sənə
O kirli alnını öpər, bismillah!

Sən mərd olub dursan qarşımda əgər,
Qudurğan saçmalı növbətin keçər.
Sağlandığım torpaq qanımı içər,
Yurdum olmaz sənə sipər, bismillah!

Yurdumuzda bizə meydan oxuyan,
Murdar cəmdəkləri murdar qoxuyan,
Təkbir səslərini uzaqdan duyan
Düşmanımız aman istər, bismillah!

# 2349 dəfə oxunub

Oxşar xəbərlər

"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

14:00 24 sentyabr 2026
Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

12:51 23 sentyabr 2026
"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

11:40 23 sentyabr 2026
Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

13:25 21 sentyabr 2026
"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

10:30 20 sentyabr 2026
"Danışıram ulduzlara, bir səs vermirlər..." - Yapon şairdən haykular

"Danışıram ulduzlara, bir səs vermirlər..." - Yapon şairdən haykular

12:30 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər