Turistlərə əsəbiləşən azərbaycanlılar – Orxan Saffari yazır...

Orxan Saffari, yazar

Orxan Saffari, yazar

23 iyul 2022
# 11:20

Kulis.az Orxan Saffarinin yeni yazısını təqdim edir.

İxtisasca Turizmçiyəm. Uşaqlıqdan da bu sahənin içindəyəm. Yas çadırından tutmuş, toylarda ofisantlıqdan buraxmış, otellərə qədər işləmişəm. Bunun indi edəcəyim söhbətə o qədər də dəxli olmasa da, deyim istədim. Həm də, əziyyət çəkən olduğumu bilin. İndi yaxşı bir yerdə işləmiş olsaydım, minnət edəcəkdim ki, "mən buralara yıxıla-yıxıla gəlmişəm."

Amma tam da dəxlisiz deyil. Yazını yazıçı kimi yazsam da, bir turizmçi kafası, baxışları da yox deyildir.

Nəsə çoxdandı görürəm ki, həmvətənlərim turistlərə, ələxsusda ərəb kökənli qardaşlara yaman əsəbiləşir, əllərindən təmiz zara gəlirlər. Şəhərə çıxanda isə bunun daha da yaxından şahidi olursan. Həqiqətəndə ölkədə hansı qapını açırsan, ərəbə dəyir. Razıyam. Amma nə olsun? Deyəsən, camaat həqiqətən də elə bilir ki, ölkəyə bu qədər ərəbin birdən-birə gəlməsi təsadüfidir, bunun siyasət, iqtisadiyyatla bir əlaqəsi yoxdur. İndi bu tərəfini izah edən deyiləm. Hələ yazdığım tərəf başa düşülsün, inşallah, nə vaxtsa kefim istəsə bu tərəfinə də təzədən baxaram. Yəni, kefimə minnət.

Açığı, buna əsəbiləşənlər daha çox mentalitet keşikçisi qərdeşlər olsa da, ziyalı, bir-iki qədəh savadlı yoldaşlar da yox deyil. Amma niyə? Sizcə, səbəb nədir? Hansı kompleks adamları belə qənaətə gətirə bilər?

Bəlkə bilirsiniz, bilib də etiraf etmək istəmirsiniz, amma bu mötəbər vəzifəni mənim üstümə atdığınıza görə təşəkkür edib, demək istəyirəm;

Paxıllıqdan!

Bəli, səbəb əsasən paxıllıqdır. Bəlkə də bunu həqiqətən hiss etmirsiniz, həqiqətən fərqində deyilsiniz, şüurunuz siz hiss eləmədən buna təhrik edir, amma səbəb paxıllıqdır

Aydın məsələdir ki, ərəblər paçkanın ağzını burda aç-burax edir. Hara gəldi, nəyə gəldi pul xərcləyir. Doluşublar ölkəyə. Restoranda onlar, klubda onlar, mağazalarda onlar, bir sözlə, bizlərin ayda-ildə bir gedə bildiyimiz yerlədən, onlar çıxmaq bilmir, çıxmır. Konkret hırraxana salıblar. Təbii olaraq o sektorda çalışanlar da onlara daha çox xidmət edir, çünki çörək ordadır, oradan çıxır. Bir sözlə, müəyyən xidmətlərdə işləyənlərin ən aşağı vəzifədə olanların da müəyyən qədər maliyyəsi düzəlir. Heç soruşun, görün onlar narazıdırmı? Adam da çörək gəldiyi yerə barmaq tıxayarmı?

İkinci məsələdə qızların, daha dəqiq fahişə xanımların, üzr istəyirəm ərəblərdən və feministlərdən, eskortların onlara qaçması, yataqlarına uzanmasıdır ki, burada paxıllıq nədi? Qan düşür. Pəəh. Bundan ağır dərd olar?

Siz də məni bağışlayın, bir müddət gecə həyatına düşkünlüyüm bu söhbətləri dərindən öyrətdi mənə. Qiyməti 50 olub, bizim dvijeniyalı qaqaşların 20-30 manata əyləndiyi qızlar da, ən azı ərəbə 200-300 deyə bilirsə, niyə təzədən bizimkilərə xidmət göstərməlidir? Ərəb bu qədim sənətə "qiymət" verir axı. Bunu anlamaqda nə çətin iş var? Onsuz da, o cür qadınların işi budur, o durub bizim qeyrət-namus söhbətimizəmi qulaq asacaq? Ona çoxmu lazımdı bizim onları qısqanmağımız, söyməyimiz ki, buna bax e, pozulublar. Nədi, dava "ət" davası deyil ki? Bunun altında açıq-aydın niyə bizə yox, onlara psixozu durur, amma kimə deyim, necə deyim? Ağzımın üstündən vururlar, o dəqiqə də qanımı yoxlatdırıram.

Hələ bir də görürsən ki, biri deyir, qızlarımız pozulub. Qızlarımız pozulub. Adamlar az qala fahişəyə desinlər ki, bir az qeyrətli fahişə olginən, egübdü, camaat baxır, xaricilər bizə nə deyər? Zarafatsız, pozulublar nədu? Pozulublar deyəndə, onlar həminki və həmişəki qədərdilər, sadəcə, qiymət dəyişib.

Ona görə də həmvətənlərimdən xahiş edirəm ki, belə şeylərə çox da əsəbiləşməsinlər. Razıyam. Onlar çox mədəniyyətsiz, köntöy, ləlöün adamlardır. Həqiqətən, belədirlər. Amma bütün hallarda turistdirlər, ölkəyə pul gətirirlər, bu qədər ağır bir durumda müəyyən adamlar qazana bilir və çalışıb maksimum yararlanmaq lazımdır.

# 1960 dəfə oxunub

Müəllifin son yazıları

# # #