O, bütün hallarda mənim qəhrəmanımdır - Ömər Xəyyam

O, bütün hallarda mənim qəhrəmanımdır - Ömər Xəyyam
17 iyul 2024
# 11:00

Kulis.az Ömər Xəyyamın "Vəhşi, vəhşi ölkə" sənədli filmi haqqında təəssüratını təqdim edir.

İkinci dəfə Rajniş Baqvan, tanıdığımız kimi desəm, Oşo, onun gösətirşilə sevimli Şilanın Oreqonda yaratdığı Rajnişpuram şəhəri və sannyasinlərin qırmızımtıl dünyasından bəhs edən 6 saat 40 dəqiqəlik "vəhşi, vəhşi ölkə" sənədli filmini izlədim.

Əgər məndən xahiş etsələr ki, sənədli filmlərin qısa siyahısını tərtib eləyim, bu filmi onluğa salaram.

Film Oşonun (Baqvanın Oşoya çevrilməyi də ayrıca hekayədir) demək olar, son günlərini - Oreqondakı 5 ilini, məhkəmə/istintaq prosesini və ölümünü əhatə edir.

Racnişpuramdakı qırmızımtıl kommunanın ABŞ-nin, həmçinin, dünyanın ictimai/siyasi, sosial/dini həyatındakı rolunu qiymətləndirməli olsaq, əlbəttə, mənim sevimli Şilamı qalib hesab etmək olar.

Sözsüz, tarixdəki ən güclü qadınlardan biridir.

İdeyası uğrunda özünü fəda etməyi, məhkəmədə Oşonun adını çəkməməyi, cəsarəti, döyüşkənliyi və ustadını insanlığın lütfü hesab etməyi... hələ də onun adını yaşatmağı...

Oşonun vəkili də, təxminən, ustadına belə yanaşır. xatırladıqca kövrəlir və deyir, o ruhani nemət idi, fəqət yanlış anlaşıldı.

Ümumiyyətlə, bu fakt haqqında iki əsas fikir var.

Birincilər düşünür ki, Oşonu, qırmızımtıl ideyanı, cənnət Rajnişpuramı Şila məhv etdi, yaxud ustadının fikirlərini, məqsədini yalış təqdim etdi; ikincilər fikirləşir ki, o qırmızımtıl/bənövşəyi kommuna tamamilə fırıldaq idi.

Şila, əlbəttə, incimişdi, Oşonun hərəkətləri, oreqonluların münasibəti onu özündən çıxarmışdı. zamanla içindəki vəhşi oyanmışdı.

xüsusilə, "Xaç atası" filminin prodüseri Albert Ruddinin həyat yoldaşı Hasyanın şəhərə gəlişindən sonra.

Ki, Oşonun ona xüsusi rəğbəti vardı, üstəlik, Şilanın ehtimalı gerçəkləşmişdi: Rajnişpuramı tərk etdikdən sonra səlahiyyəti Hasyaya verilmişdi...

Şila da səbəbləri üst-üstə qoyub Racnişpuramı tərk etmişdi və ustadının onun dalınca danışdıqlarına, onun həbsinə şərait yaratmağına rəğmən bircə dəfə də adını çəkməmişdi.

Oşonun fikirlərini, kommunasının mahiyyətini müzakirə etmək olar, əlbəttə.

Fəqət Şila bütün hallarda mənim qəhrəmanımdır...

# 1343 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #