Səni sən edən - Elmira İbrahimli

Səni sən edən - Elmira İbrahimli
13 dekabr 2021
# 17:10

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Elmira İbrahimlinin “Səni sən edən” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

“Bəlkə həyatında ilk dəfə atacağın bir addım olacaq. Bəlkə də, bu günə kimi bunun nə olduğunu bilməmisən. İlk bilməli olduğun isə bu anlayışın sənə öyrədilməməsidir. Bəlkə də onun varlığından belə xəbərsizsən. Nə idi o anlayış? Anlamaq. Bəs anlamaq nə idi? Bütün önyarqıları, insanların nə düşündüyünü, hətta bəzən özünün nə düşündüyünü bir kənara qoyaraq, əsl özünü hiss etmək, ruhunu hiss etmək idi. Səni sən edən idi , anlayış...”

Səhnənin arxasında öz çıxışı üçün gözləyən Nigar qeyd dəftərində yenidən qarşılaşdığı bu cümlələri sevinc və göz yaşları içərisində oxuyub bitirdi. İllər əvvəl həyatına toxunan bu cümlələrin müəllifinə böyük ehtiram və təşəkkür hissi duyurdu. Birdən hər şey lent kimi gözünün önündə canlandı və onu illər öncəsinə apardı. Ailənin yeganə övladı olan Nigar valideynlərinin istəyi ilə ADPU-da riyaziyyat müəllimliyi üzrə təhsil alaraq müəllimə olmuş və rayona geri dönərək bir neçə il bu sahə üzrə çalışmışdır. Lakin, qəlbində musiqiyə qarşı olanı sevgisini, həvəsini unuda bilmirdi. Musiqi onun həyatının bir parçası idi. Bu sahə üzrə təhsil alıb, mükəmməl ifa etmək və bu sahədə öz tələbələrinə dərslər keçmək istəyirdi. Məhz o gün “Həyatının neçə faizi sənə aiddir” başlığı altında yazılan bu cümlələri oxuyarkən qərara gəldi ki, öz xəyallarının ardınca gedəcək. Valideynlərinin indi olmasa da bir gün onu anlayacağına ümid edərək bu addımı atdı. Yenidən Bakıya qayıdaraq musiqi ilə bağlı bir sıra təhsillər aldı. Eyni zamanda öz müəllimlik fəaliyyətinə də burada davam edirdi. Artıq 3 il olmuşdu. Bu gün isə Zəfər Günü ilə bağlı səhnədə çıxış edəcəkdi. Tarixə səs salan bu gündə səhnədə çıxış edəcəyi üçün olduqca qürurlu hiss edirdi, amma düşünürdü ki, kaş ailəsi də indi yanında olar, onu dəstəkləyər və bu uğurunu görərdilər. Budur, artıq səhnəyə çıxırdı. Göz yaşlarını silərək səhnəyə addımladı və məğrur şəkildə “Azərbaycan” mahnısını ifa etdi. Canlı yayımda qızını görən valideynləri bu şərəfli gün də qızının bu çıxışını görüb qürurlandılar və birdən sanki möcüzə oldu, zəng edərək onu bağışladıqlarını, onunla fəxr etdiklərini dedilər. Çünki Nigar təkcə ailəsinə deyil, cəmiyyətə sübut etmişdi ki, hər bir insan qız və ya oğlan olmasından asılı olmayaraq, sağlam , düzgün və normal şəkildə istənilən ixtisası , peşəni öyrənib layiqincə çalışa bilər. Bütün bu hadisələrin üzərindən isə 10 il keçib. Nigar Azərbaycan Əməkdar artisti adına layiq görülərək, Azərbaycan musiqilərini hətta dünyaya tanıdır. Eyni zamanda öz biliklərini tələblərinə tədris edir. Ən maraqlısı isə budur ki , illər öncə oxuduğu həmin məqaləni qeyd edərək daima yanında daşıyır. Hansı ki ona özünü xatırladan, özü olmaq üçün yol göstərən o məqaləni. Bizdə xatırlayaq: Səni sən edəndir, anlayış...

# 3685 dəfə oxunub

Oxşar xəbərlər

"Həqiqət sağalmaz yaradır..." - Finladiyalı romançıdan sitatlar

"Həqiqət sağalmaz yaradır..." - Finladiyalı romançıdan sitatlar

17:30 26 avqust 2026
Qaraltı - Vüqar Vanın hekayəsi

Qaraltı - Vüqar Vanın hekayəsi

15:00 26 avqust 2026
"İnanmasan, olmalı olan əsla olmayacaq..." - Xulio Kortasarın "Xana- xana oyunu" romanından bir hissə

"İnanmasan, olmalı olan əsla olmayacaq..." - Xulio Kortasarın "Xana- xana oyunu" romanından bir hissə

10:00 26 avqust 2026
İllüziya ilə reallığın kəsişmə nöqtəsində... - Niyə ağlayırsan, məgər biz xoşbəxt deyilikmi?

İllüziya ilə reallığın kəsişmə nöqtəsində... - Niyə ağlayırsan, məgər biz xoşbəxt deyilikmi?

15:00 25 avqust 2026
"Böyük həvəslə öz boyumu sizin gəlirlərinizlə dəyişərdim..." - Sergey Dovlatovun qeydləri

"Böyük həvəslə öz boyumu sizin gəlirlərinizlə dəyişərdim..." - Sergey Dovlatovun qeydləri

17:30 24 avqust 2026
"Heç vaxt ümidsizliyə qapılmamalıyıq, çünki..." - Amerikalı  yazıçıdan 10 sitat

"Heç vaxt ümidsizliyə qapılmamalıyıq, çünki..." - Amerikalı yazıçıdan 10 sitat

17:00 24 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər