Ruhlar yalan danışmaz... - Xələf Xələfov

Xələf Xələfov

Xələf Xələfov

12 dekabr 2022
# 12:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Xələf Xələfovun "Ruhlar yalan danışmaz..." hekayəsini təqdim edir.

Gecənin səssizliyində yüksələn vahiməli səs, havada şığıyarkən dimdiyinin ucu torpağa tuşlanmış bir bayquşun xəyalən uçuşunda meşənin napnazik, ağaran cığırı üzərindən, ağaclara yaxın məsafədən naməlum sonsuzluğa doğru gedirdi.

Bu meşə son üç ildə iki yad ordunun döyüş meydanına çevirlimişdir.

Əvvələr bu yerlərdə savaş çıxmaz, yerli sakinlər , silahın, topun, barıtın nə olduğunu bilmədən şad-xürrəm yaşayar, düzən ərazilərdə taxıl, düyü yetişdirər, meşədə heyvanlarını otarar, quru odunları doğrayıb qış tədarükü görərdilər. Təhsildən xəbərsiz olsalar da bu adamlar təbiəti yaxından hiss edir, quşların, heyvanların, otların az qala dilini bilirdilər. İnsanın təbiətdən yarandığını düşündükləri üçün xarakterlərini müxtəlif təbiət hadisələri ilə bağlayırdılar. Məsələn: buranın sakinlərinə görə əgər adam mülayim, istiqanlıdırsa deməli günəşdən yaranıb, əgər soyuqqanlı, sərt amansız biridirsə qışın, qarın övladı, təmizləyən, paklaşdıran, bəzən isə öz hislərində boğub məhv edən, uzaqlara aparandırsa demək ki yağışdan yaranıb və s.

Əsirlər boyu firavan yaşayan bu xalq indi tanımadıqları iki ordu tərəfindən məhv edilib, qaça bilənlər qaçıb, qalanları isə asılıb, süngü bıçaqdan keçirilib. Meşə başdan-başa insan cəsədləri il doludur.

Günlərin bir günü elə həmin bu gecə tam səssizlikdir. Hər iki ordu döyüşüb, nəticə əldə etməyib öz mövqelərinə qayıtmışdılar.

Səssizlikdə haray salıb uçan bayquş əvvəlcə birinci ordunun əsgərlərinin başının üzərini kəsdirdi, sükutu pozan bu səsi əvvəlcə düşmən zənn etdilər. Ayağa qalxıb silaha sarılandan sonra baxdılar ki, nəhəng bayquş qayanın üzərinə qonub və danışa bilir. Bayquş bu ordunun əsgərlərinə dedi ki, döyüş meydanında bir bölük əsgər mahnılar oxuyur, sıra addımı gedirlər. Ordu başçısı şübhəyə düşdü, bunlar kim ola bilər? Deyə. Odur ki kənardan izləmək qərarına gəldilər. Baxarkən gördükləri isə dəhşətli idi. Sıra addımı atan onların döyüşdə həlak olan, cəsədləri kol-kosun arasında vəhşi heyvanlara yem olan döyüş yoldaşları idilər. Daha doğrusu həmin əsgərlərin ruhları idi. Əsgərlər addım atan yoldaşlarına yaxınlaşdılar “siz necə bu şəkildə gəzə bilirsiz? Başa düşürük siz ölmüsüz amma biz sizinlə qürur duyuruq” dedilər. Ruhlar isə bir səs altında cavab verdilər, “ Biz sizi tanımırıq. Biz döyüş yoldaşlarının, silahdaşlarının cəsədlərini qurd quşa yem edən, yaralı ikən atıb qaçanlardan ola bilmərik. Ayrıca özgə torpaqlarına göz dikənlərdən heç ola bilmərik” - dedilər. Odur ki, biz sizinlə qürur duymuruq.

Ordu başçısı da, döyüşçülər də məyus oldular. Deməli həlak olan dostlarının ruhları onları günahkar bilir və bağışlamırdılar.

Nəhəng bayquş bu dəfə də qarşı ordunun üzərini kəsdirdi. Eyni nişanı onlara da verdi. Onlar da gəlib həlak olmuş dostlarının ruhlarını döyüş meydanında addımlayarkən gördülər. Yaxınlaşıb, onlara necə minnətdar olduqlarını desələr də, ehtiramlarını göstərsələr də nəticə vermədi. Əsgər ruhları bir ağızla dilləndilər. Dedilər ki - “biz özgə torpağına göz dikib, dinc insanları həlak edən, məqsədinə çatmaq üçün əsgərini qırğına verənlərdən ola bilmərik. Hələ döyüş yoldaşlarının cəsədlərini sahibsiz buraxıb qaçanlardan heç ola bilmərik.

Hər iki ordu kor peşman öz mövqelərinə qayıtdılar. “Bu işdə bir sirr var” deyə müdrikə sordular. Müdrik isə dedi ki, ruhlar əsla yalan danışmazlar.


# 1831 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
#
#
# # #