İstanbul Kitab Fuarında İlker Başbuğun imza günü

İstanbul Kitab Fuarında İlker Başbuğun imza günü
11 noyabr 2014
# 10:39

Sentyabrın onunda 33-cü İstanbul Beynəlxalq Kitab fuarında Türkiyə Silahlı Qüvvətlərinin 26-cı baş qərargah rəisi, ordu generalı İlkər Başbuğun imza günü keçirilib.

Kulis.Az-ın məlumatına görə Rəmzi Kitab Evində nəşr olunan kitab “20. Yüzyılın En Büyük Lideri Mustafa Kemal” adlanır.

Rəmzi kitab evinin stendində keçirilən imza günündə izdiham yaşanıb. Başbuğu sevənlər və oxucuları kitabı imzalatmaq üçün uzun növbəyə dayanıblar.

Xatırladaq ki, Mustafa Kamal Atatürkün liderlik tərəflərini araşdıran kitabın imza gününün məhz noyabrın 10-da keçirilməsi də təsadüfü deyil. Noyabrın 10-u Mustafa Kamal Atatürkün vəfatının 76-cı ildönümüdür.

# 1680 dəfə oxunub

Müəllifin son yazıları

# # #