Zopa və ya kötək “qanun”u: vicdanlı jurnalist...

Samir Mirzə, jurnalist

Samir Mirzə, jurnalist

19 iyul 2024
# 13:45

Kulis.az Samir Mirzənin "Zopa və ya kötək “qanun”u: vicdanlı jurnalist..." adlı yeni yazısını təqdim edir.


Nə gözəl səslənir: nəzakətli, ləyaqətli, ədalətli, etikalı jurnalist. Yaxud, sadəcə, belə parametrlərə sahib çiçək kimi insan.

Amma nə qədər hörmət qoyulur belə media nümayəndəsinə? Hörmət deyəndə ağıla qara düşüncələr gəlməsin, günüdür, yeridir, xatırlatmadır.

Partizanlıq etməyən, kötəyi əlinə alıb zoplamayan və ya zıplamayan jurnalistin nəzakət, ədalət, etikası nəyə yarayır?

Tənqidi yanaşmada obyektivliyi gözləyənlərin nə qiyməti var?

“O, yaxşı adamdır”, “üzü yoladır”, “çox gözəl insandır”, “ədəb-ərkanlıdır” və s. bu kimi təriflər yağdırıb bunu etalon, meyar, ölçü vahidi kimi bilənlərin münasibəti gülməlidir və ya kədərli. Ya özlərini səfeh yerinə qoyurlar, ya qarşılarındakını.

Adam nə qədər istəyir işıq, enerji saçsın, alınmır ki alınmır. Çətindir.

Təkcə media sahəsi deyil e, əksər sahələrdə üstün xarakter nümunə, ördək, çaşdım e, örnək kimi təqdim olunur, amma reallıq başqa şeyi deyir.

Reallıq deyir ki, üstün xarakter modeli işə yaramır. Çünki sıravi vətəndaşı da qarşısında dişini qıcayan obraz kimi görməkdə israrlıdır. Yəni dolayısı ilə kötək və ya zopa mexanizmi işə düşməsə, nəsə “müvəffəqiyyət” gözləmə. Ona görə də əksər yarışların qaydaları da lap betər olub. VAR-ı da var, istəyəndə baxırlar. Futboldakı kimi deyirəm.

Bu meyara əsasən yerindən duranlar Elza Seyidcahanın “tikim sizin ağzınızı” prinsipi ilə ayaqlanırlar, əllənirlər... Hələ hop deməmiş, iynə sapı götürüb gözəl naxışları, əl işləri ilə diqqət çəkməyə çalışırlar. Çünki sadə düsturdur: tələb-təklif.

Çox gözəl deyilib: Həyatda ən namərd insan odur ki, qarşısındakından pislik gəlməyəcəyini bilir, ona görə onun haqqında ağzına gələni danışır. “Ağzına gələni danışır” sözlərini bir çox ifadə ilə əvəz etmək olar.

Oxşarlıq var, bilirlər ki, ləyaqətlidir, ona görə də...

Hamısının yollarını bilirik, amma, doğrudan da, təəssüf ki, abırlıyıq.

Evdə iki qardaş olur: biri tərbiyəli, biri isə narkoman. Valideynlər bütün günü səfərbər olub ikincisinin qayğısına qalır ki, amandır, uşaq əldən getməsin. Mərifətlisi həmişə ofsaydda qalır, nəhayət, o da üsyan edib özünü səfehliyə qoyaraq valideynlərinin qayğısını görməyə başlayır...

Deyiləsi sözlər kitablıq, dərslik, seminarlıqdır, amma nə fayda...

Bura qədər yetərlidir...

# 2188 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər