Yeni müsabiqə elan olundu – Şərtlər

Yeni müsabiqə elan olundu – Şərtlər
17 mart 2022
# 09:42

Mədəniyyət Nazirliyi bu ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi münasibətilə heykəltaraşlıq müsabiqəsi elan edib.

Nazirlikdən Kulis.az-a bildirilib ki, müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malik Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltaraşlıq abidələrinin qorunmasıdır.

Hazırda Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğini təmin etmək məqsədilə müvafiq işlər aparılmaqdadır.

Müsabiqənin şərtlərinə görə, heykəltaraşlar Şuşa şəhərinin qədim tarixi, mədəniyyəti və dahi şəxsiyyətlərinə aid heykəltaraşlıq nümunələrini tunc, mərmər və bürünc materialdan hazırlayaraq Mədəniyyət Nazirliyinə təqdim etməlidirlər.

Müsabiqədə birinci yerin qalibinə (1 nəfər) I dərəcəli diplom və 8000 manat, ikinci yerin sahibinə (2 nəfər) II dərəcəli diplom və 4000 manat, üçüncü yerin sahibinə isə (3 nəfər) III dərəcəli diplom və 3000 manat pul mükafatı təqdim ediləcək. Eyni zamanda, 10 nəfərə 500 manat məbləğində həvəsləndirici mükafat veriləcək.

Hazırlanacaq əsərlər iyunun 15-dək təqdim edilməlidir.

Müsabiqə haqqında daha ətraflı məlumatı Mədəniyyət Nazirliyinin saytından əldə etmək olar.

# 3372 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı rəssam beynəlxalq yarışmada üçüncü yerə layiq görüldü

Azərbaycanlı rəssam beynəlxalq yarışmada üçüncü yerə layiq görüldü

14:00 12 oktyabr 2026
Azərbaycanlı musiqiçi intihar etdi

Azərbaycanlı musiqiçi intihar etdi

12:56 12 oktyabr 2026
Akademik Nizami Cəfərov: "Vahid məktəbli geyimi olmasa, tədris mühiti yaratmaq, normal dərs keçmək mümkün olmaz"

Akademik Nizami Cəfərov: "Vahid məktəbli geyimi olmasa, tədris mühiti yaratmaq, normal dərs keçmək mümkün olmaz"

12:30 12 oktyabr 2026
"İran öz ölkəsində uduzduğu davanı Azərbaycanda aparmaq istəyir!" - Azadlığına sahib çıx!

"İran öz ölkəsində uduzduğu davanı Azərbaycanda aparmaq istəyir!" - Azadlığına sahib çıx!

11:41 12 oktyabr 2026
Trampın çılpaq heykəli "COP31"də nümayiş olunacaq

Trampın çılpaq heykəli "COP31"də nümayiş olunacaq

11:20 12 oktyabr 2026
Muzeylərdə yeni nümayiş forması - Artan soyğunlarla bağlı

Muzeylərdə yeni nümayiş forması - Artan soyğunlarla bağlı

11:00 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər