Yeni irs siyahısı açıqlandı

Yeni irs siyahısı açıqlandı
30 iyul 2025
# 14:00

UNESCO 26 yeni ərazini Ümumdünya İrs Siyahısına salıb. Yeni siyahıya daxil edilən ərazilər arasında Afrika qitəsində yerləşən dörd məkan və Avstraliyadakı Murucuqa aborigen torpaqları da var.

Kulis.az xəbər verir ki, bununla da Afrika qitəsi Ümumdünya İrs Siyahısında 112 mədəniyyət obyekti ilə təmsil olunmağa başlayıb.

UNESCO Komitəsi, həmçinin Cənubi Afrikadan Mozambikə qədər uzanan ərazinin genişləndirilməsini də təsdiqləyib.

Təşkilatın məlumatına görə, təxminən 1545 kvadrat mil ərazini əhatə edən transsərhəd təbii park yaradılıb. UNESCO elan edib ki, 2027-ci ilə qədər daha yeddi Afrika ölkəsinin ilk namizədliklərini təqdim edəcəyi gözlənilir.

Qurumun baş direktoru Odri Azulay məsələ ilə bağlı verdiyi açıqlamada bildirib:

“Afrikanı prioritet elan etmək sadəcə simvolik jest deyil. Bu, qitənin tarixi, mədəni və təbii əhəmiyyətini tanımağa yönəlmiş konkret və uzunmüddətli öhdəlikdir.”

# 1595 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər