“Xocalı ayı”: Xocalı harayı – Hamlet Cəfər

“Xocalı ayı”:  Xocalı harayı – Hamlet Cəfər
28 fevral 2022
# 10:55

Xəbər verdiyimiz kimi, Kulis.az “Xocalı ayı” elan edib. Fevral ayı boyunca saytımıza göndərilən Xocalı haqda şeir, hekayə və esseləri çap edəcəyik.

Kulis.az “Xocalı ayı” çərçivəsində Hamlet Cəfərin “Xocalı harayı” yazısını təqdim edir.

Müəllim dedi:

- Əziz uşaqlar, məktəbimizdə “Xocalı harayı” adlı inşa müsabiqəsi keçiriləcək. Özünü sınamaq istəyən müsabiqəyə qatıla bilər.

Telman da inşa yazmaq fikrinə düşdü. Dərsin bitməsini səbirsizliklə gözlədi. Beynində bir fikir vardı: Mən Xocalı harayını olduğu kimi yaza biləcəyəmmi?

Evə gəldi. Vikipediyadan məlumatlar toplamağa başladı. Məlumatları oxuduqca, tapşırığın ağırlığını duydu. Xocalıdakı həmyaşıdlarını təsəvvür etdi. Gözləri qarşısına uçmuş məktəbi, dağılmış sinif otaqları gəldi.

Birdən qonşuluqdakı Səkinə nənəni xatırladı. Axı o, Xocalı köçkünü idi. Telman düşünmədən onlara getdi.

Səkinə nənə Telmanı mehriban qarşıladı. O, yenə qara paltarında idi. Başına həmişəki kimi siyah örpək bağlamışdı. Səkinə nənə Telmanın nə səbəbdən gəldiyini biləndə, üzünə hüzn çökdü, yarası təzələndi. Sözləri boğazında düyünləndi, ağzı kilidləndi. Eynəyinin altından göz yaşları axıb yanaqlarında cığırlar açdı. Onun üzündəki qırışlar ağacın şaxəli budaqlarını xatırladırdı, amma yarpaqları nədənsə qara rəngdə görünürdü.

Səkinə nənə danışmasa da, Telman onun qırışmış alnından, kədərli gözlərindən 1992-ci ilin şaxtalı 26 fevral gecəsində öldürülən 63 uşağın, 106 qadının, 70 baba və nənənin naləsini gördü.

Səkinə nənə heykələ bənzəyirdi. O, susurdu. Onun susqunluğu Telmana fevral şaxtasını yaşatdı. Bədənindən üşütmə keçdi.

Otaq da soyumuşdu.

Telman sağollaşıb qapıdan çıxanda, Səkinə nənə boğuq səslə dedi:

- Mənim də üç nəvəm Xocalıda məktəbə gedirdi…

# 3248 dəfə oxunub

Oxşar xəbərlər

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər