Mən xalqların qarışığından yaranmışam – Lütfü Zadədən MARAQLI FİKİRLƏR

Mən xalqların qarışığından yaranmışam – <span style="color:red;">Lütfü Zadədən MARAQLI FİKİRLƏR
8 sentyabr 2017
# 13:00

Kulis.az görkəmli alim Lütfi Zadənin müxtəlif vaxtlarda verdiyi müsahibələri əsasında hazırladığı “Həyat qaydaları”nı təqdim edir.

1. Riyaziyyat üzrə təhsil almasam da həmişə riyaziyyatın üstünlüyünə inanmışam. 60-cı illərin əvvəllərində artıq riyaziyyatın dəqiqliyi ilə real dünyanın qeyri-dəqiqliyi arasındakı uçurumu dərk etməyə başladım.

2. Problem ondadır ki, riyaziyyat siniflərin dəqiq sərhədlərə malik olduğunu irəli sürür, real dünyada isə siniflərin sərhədləri qeyri-səlisdir. “Qeyri-səlis çoxluq” nəzəriyyəsi riyaziyyatın əsaslarının genişləndirilməsi üçün qapılar açır.

3. Bakıdakı 16 nömrəli məktəbin 3-cü sinfində oxuyurdum. İbtidai məktəbdə oxuyanda elmə və kəşflərə marağın daha çox üstünlük təşkil etdiyi bir mühitin təsiri altında idim. Bu mühit mənim bütün sonrakı həyatımın intellektual inkişafını formalaşdırdı. Mən hələ kiçik yaşlarından elmə böyük maraq göstərirdim. O vaxtlar keçmiş Sovet İttifaqında alimləri və mühəndisləri çox yüksək qiymətləndirir və onlarla fəxr edirdilər. Belə bir mühit məni gələcəkdə alim və mühəndis olmağa həvəsləndirirdi.

5. Qeyri-səlis məntiq nəzəriyyəsinə həsr olunmuş məqaləm ilk dəfə 1965-ci ildə “Information and Control” jurnalında dərc olundu. Çox maraqlıdır ki, ilk vaxtlarda nəzəriyyə etinasızlıq, şübhə və kinayə ilə qarşılandı. Nəzəriyyə barədə müsbət fikirlər olduqca az idi. Buna baxmayaraq, mənim işlərim Yaponiyada alqışlanır və heyranlıqla qarşılanırdı. Mənfi rəylərlə yanaşı, mən tezliklə Yaponiyadan, bu ölkənin sənaye və beynəlxalq ticarət hökumət palatasından məktub aldım.

6. Bəşəriyyətin gələcək inkişafı üçün ən güclü texnologiya - informasiya-kommunikasiya texnologiyaları olacaq.

7. Məni Eynşteynlə, Aristotellə bir sıraya qoymaqları xoşuma gəlmir. Sadə adamam mən. Normal adi və sadə.

8. Həmişə xəbərlərlə maraqlanmışam. Hələ Bakıda yaşayanda – 6-7 yaşım olanda həmişə “Bakinski rabochi” qəzetini alırdım. Döşəyimin altında həmişə bu qəzet olurdu. Qəzet oxumaq, televiziyaya baxmaq hobbim olub. Ümumiyyətlə, üç hobbim var: əsas - birincisi, fotoqrafiyadır, biri Hi-Fi – radio, səsucaldıcı qurğu və s. Üçüncü hobbim isə xəbərlərdir. Mən həmişə müxtəlif ölkələrdə baş verənlərlə çox maraqlanıram.

9. İstədiyinə doğru inadla getmək. Çətinlikdən qorxmamaq. Bu, daha çox Türk ənənəsidir. Bu, mənim xarakterimin tərkib hissəsidir. Mən çox inadkar ola bilirəm. Bu, yəqin ki, “Qeyri–səlis məntiq nəzəriyyəsi”ni inkişaf etdirmək üçün mənə faydalı oldu.

10. Azərbaycan mənim doğulduğum ölkədir, təhsilimin bir hissəsini burada almışam. Burada dostlarım var, mən Azərbaycanın istiliyini, mədəniyyətini sevirəm. Sevmədiyim cəhətinə gəlincə... Bu, bir çox ölkələrdə var. Məsələn, İranda sənin valideynlərinin nəçi olması çox vacibdir sənin irəli getməyin üçün. Amerikada isə belə bir problem yoxdur. Əgər sən yaxşı işləyirsənsə, heç bir maneə ilə üzləşməyəcəksən.

11. Məsələ bu deyil ki, mən amerikalıyam, rusiyalıyam, azərbaycanlı, iranlı, ya da başqa xalqdanam. Mən bu xalqlardan formalaşmışam və özümü onların hər birinin arasında rahat hiss edirəm.

12. İnanclı insanlara hörmətim var. Ateist deyiləm. Amma bu və ya digər dinə inanan, kilsəyə, məscidə gedən adam deyiləm. Amma Allah adamıyam. İnanclılara böyük hörmətim var.

13. Arvadım Fey yaxşı aşbazdır. Məni sevindirmək istəyəndə plov bişirir. Sevimli restoranıma gedəndə isə “Badımcan dolması” sifariş edirəm.

# 1292 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #