Yalçın İslamzadə: “İslam ciddi təsirə malik deyil” - POLEMİKA

Yalçın İslamzadə: “İslam ciddi təsirə malik deyil” - <span style="color:red;">POLEMİKA
11 iyul 2017
# 10:59

Kuis.az yazıçılarımız arasında “Quran ədəbiyyata hansı faydaları verir?” sorğusu keçirib. Sorğuda tanınmış yazıçılar mövzu haqqında fikirlərini bölüşüb. Daha sonra yazar Murad Köhnəqala da Quranın ədəbiyyata təsiri mövzusunda açıqlama verib.

Mövzunun davamı kimi fizik Yalçın İslamzadə də öz fikirlərini yazıya alıb. Kulis.az həmin yazını təqdim edir.

Ədəbiyyat və incəsənət, həm yeni ideyaların ilk təqdim olunduğu (insanı və onun dünyəvi tərəflərini - bədənini, zövqlərini və dünya haqqında yaratdığı sekulyar düşüncələri - vurğulayan Renesans, ədəbiyyat və təsviri sənətlə başladı və getdikcə insan həyatının və düşüncəsinin bütün sahələrini əhatə etdi), həm də böyük dramatik səhnədə müəyyən dəyərlər uğrunda (Troyadakı kimi romantik və ya “Hamlet”dəki kimi siyasi) məğlub olan, məğlubiyyətini həyatı ilə ödəyən qəhrəmanların xatirəsinin əbədiləşdirildiyi yaradıcılıq sahəsidir.

Musəvilik milli din olduğu, məqsədi yəhudilərə kimlik qazandırmaq və onları tarixdə itib-batmaqdan qorumaq olduğu üçün qlobal iddiaya sahib deyil, başqa güclərlə açıq antoqonizmdən çəkinir və bu səbəblə dram yaratmır və ədəbi material təmin etmir.

Ədəbi baxımdan ən zəngin olan din xristianlıqdır. İsa obrazı, tarsuslu Pavel tərəfindən olduqca ədəbi və dramatik işlənib, güman ki real tarixi şəxsiyyət olmadığı üçün İsa ədəbi olaraq çox qabardılıb. Xristianlıqda yunan fəlsəfəsi və mifologiyasının izləri, İsanın yerlə göy arasındakı mövqeyi, bəzən özündən çox əmin (məbədə hücum edəcək qədər), bəzən depressiv (“bu gün ölümünə kədərliyəm”) ruh halı, tək başına yerləşmiş dini doqmalara qarşı çıxması (“mən yıxmağa yox, diriltməyə gəldim” desə də) zəngin ədəbi material təmin edir. İsanın deyimləri, davranışları və sosial statusu (dünyalı ilə Tanrıdan müştərək yaranmış olması) onu çox sayda romanların, təsviri sənət əsərlərinin, hətta rok operasının qəhrəmanı edib. İsanın ətrafında cərəyan edən hadisələrdə insan yönlərinin - əzilən azlıqlara anlayış göstərilməsi (“günahı olmayan ilk daşı atsın”) ya da İsanın müridi Yehuda tərəfindən satılması və Yehudanın peşman olub intihar etməsi olduqca dramatik ədəbi materiallardır.

İslam dinində məsələ fərqlidir. İslam yaranmasından etibarən genişləyən və hərbi qələbələr qazanmış dindir. İslamın incəsənətə təsirinin az olması həm təsviri sənətə və musiqiyə soyuq münasibət, həm yerləşdiyi coğrafiyalarda həmişə güclü olması, üstəlik dinə, alternativ nəzər-nöqtələrindən deyil, dinin özünü nəzərdə tutduğu kimi baxılmasında israrı ilə izah oluna bilər.

İslam heç vaxt tərəddüdə düşməyib, digər düşüncə axınları qarşısında şübhəyə qapılmayıb, xristianlıq kimi (Rəsmi Katoliklik ideologiyasının gec, 12-ci əsrdə Aristo fəlsəfəsi ilə birləşdirilərək yaradılması) digər düşüncə formaları ilə legitimləşmə ehtiyacı hiss etməyib. Mən islam dininin hələ ki, ciddi ədəbi təsirə sahib olacağını düşünmürəm. Çünki qalib və əmin bir din ədəbiyyatın onu təftiş etməsinə icazə verməz, ədəbiyyata direktiv verər. Ədəbiyyat isə alternativ baxışdır, “belə obraz da mümkündür, hadisələrin belə olması da ehtimal daxilindədir, bəlkə də hadisələr əslində elə yox belə olmuşdu” dəyərləndirməsidir (Kazançakisin “Günaha son çağırış” əsərində xristianlığın yaranmasın Fredyen və tarixi materialist baxışı kimi). İslam dini yaranan coğrafiyada ədəbi-bədii ənənə olmayıb (İslam öncəsi, döyüşçülük ruhunun tərənnüm edildiyi şerdən başqa; Ərəbistanda mərmər heykəllər yaratmaq mümkün deyildi), təbliğatında da incəsənətə ehtiyac duymayıb, o üzdən təsviri incəsənətin bu ənənədə ciddi kökləri yoxdur.

Mütləq hökmlər varsa, ədəbiyyat onu sorğulaya bilmirsə, insanın fəaliyyət sahəsi artdıqca çoxsaylı ilahiyyatçılar dini hökmləri o sahələrə də tətbiq edilirsə, ədəbiyyat sadəcə təsdiqləyə bilər ki (sosrealizm ədəbiyyatı kimi), gücü təsdiqləyən ədəbiyyat bildiyimiz mənada ədəbiyyat sayılmaz. İslam coğrafiyasında bədii yaradıcılıq əsasən dinin təsdiqi üçün istifadə olunub, onun sorğulanması və ya dindən kənar bir həyatın və dünyagörüşünün mümkünlüyünü göstərmək üçün yox. Ömər Xəyyam və ya Nəsimi kimilər sadəcə istisnalardır, davam edən, böyüyən ənənəyə çevrilməyib və bizim ədiblər həmişə yenidən başlamaq məcburiyyətində qalıblar. Din həyatın bütün sahələrini, praktikada və düşüncədə, kontrol edirsə, ədiblər dini ehkamlardan, deyimlərdən, simvollardan sadəcə çox sayda oxucunun diqqətini çəkmək üçün istifadə edəcəklər.

# 1359 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #