Mətanət Əlverdiyeva və Samirə Mustafayeva qanunsuzluq edib RƏY

Mətanət Əlverdiyeva və Samirə Mustafayeva qanunsuzluq edib <span style="color:red;">RƏY
9 dekabr 2014
# 12:57

Ara-sıra tanınmış xəbər aparıcılarımızı reklam çarxlarının əsas obrazı kimi görürük. Məsələn, Samirə Mustafayeva, Mətanət Əlverdiyeva müxtəlif məhsulların reklamlarında yer alırlar. Dünya təcrübəsində bu cür hallar qəti qadağandır və ciddi qadağalar tətbiq edilir. Bəs Azərbaycan qanunvericiliyi xəbəraparıcılarının reklama çəkilməsinə necə baxır.

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli deyir ki, qanuna görə xəbər aparıcılarının reklam çarxlarına çəkilməsi yolverilməzdir:

“Burda iki aspekt var. Birinci, hüquqi aspektdir. “Televiziya və radio yayımı haqqında” qanunda çox açıq şəkildə göstərilir ki, gündəlik teleradio verilişlərində aparıcılıq edən şəxslərin reklamda iştirak eləmələri yolverilməzdir. Və qanunvericilikdə ciddi şəkildə məsuliyyət müəyyən olunur.

İkinci aspekt etik məsələdir. Jurnalistə etimad, onun dediyi sözlərin doğruluq dərəcəsi baxımından onun bir imici formalaşır. Xüsusən də jurnalistlər bu imicə xələl gətirən reklamlarda iştirak etməməlidirlər.

Reklam, bilirsiz ki, daha çox əmtəə məhsullarının tanıtımıdır, zaman-zaman burda şişirtmələr, başqa məhsullardan üstünlüyünü göstərən davranışlar, sözlər olur və jurnalist də burda tərəf kimi görünür.

Və xüsusilə, reklamda çəkilən, öz imicinə inam yaradan aparıcıdırsa, o, bundan sui-istifadə edir və etik baxımdan bu, düz deyil. Bu baxımdan düşünürəm ki, əgər reklama çəkilirsə o zaman reklam mahiyyətcə ya maarifləndirici, ya sosial yönümlü olmalıdır, nəinki kommersiya.

Reklam zamanı əmtəənin yad təsirləri var, amma aparıcı pozitiv tərəfindən danışırsa bu, artıq məhsulun reklamdır. Amma sosial reklam, xeyriyyə aksiyasında iştirak edirsə o, cəmiyyəti sosial yönlü yaxşı davranışlara təşviq edir. Amma kommersiya məsələlərində diqqətli olmalıdır.

Etik problemin tənzimlənməsi də ilk növbədə jurnalistin öz vicdani məsələsidir. Bununla bağlı jurnalist standartları var. Məsələn, televiziyanın özünün etik kodeksi varsa, məsələ həmin kodeks çərçivəsində tənzimlənməlidir.

Mətbuat Şurasının özünün müəyyən mənada etik kodeksi var. Amma hər kanalın özünün ayrıca etik prinsipləri olmalıdır və orda bu da yer almalıdır ki, aparıcı kommersiya reklamlarında qəti olaraq ona olan inamdan sui-istifadə etməsin”.

Qulu Məhərrəmli, telejurnalist, filologiya elmləri doktoru:

“Bu, çox incə məsələlərdən biridir. Televiziya etikasının incə problemidir ki, xəbər aparıcısı reklama çəkilə bilər, ya yox? Dünya təcrübəsində belə hal var, bəzən məşhur xəbər aparıcıları reklam çəkilə bilirlər. Amma reklama çəkilən xəbər aparıcısı obrazında ikiləşmə yaranır. Çünki reklam sırf artistizmə əsaslanır. Amma xəbərlərin dəyərləri tamamilə fərqlidir. Ona görə mənim nöqteyi-nəzərimdən xəbər aparıcısının reklama çəkilməyi doğru deyil. Məsələn, son illərdə heç kim görməyib ki, Larri Kinq reklama çəkilsin. Çünki onun ciddi obrazı var. Mənim mövqeyim belədir ki, xəbər aparıcısı reklama çəkilə bilməz”.

# 2993 dəfə oxunub

Oxşar xəbərlər

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə

22:30 5 iyul 2025
Orxan Məmmədovun fərdi yaradıcılıq sərgisinin açılışı oldu

Orxan Məmmədovun fərdi yaradıcılıq sərgisinin açılışı oldu

14:17 5 iyul 2025
Rahid Uluselin yeni kitabı çap olundu

Rahid Uluselin yeni kitabı çap olundu

13:11 5 iyul 2025
Həyat yoldaşı yanaraq ölən, 20 yaşında adını dəyişən aktyorumuz kimdir?

Həyat yoldaşı yanaraq ölən, 20 yaşında adını dəyişən aktyorumuz kimdir?

12:43 5 iyul 2025
Leyla Şıxlinskaya: "Anar dedi ki, "Arşın mal alan"a sən çəkilsən, film batacaq"

Leyla Şıxlinskaya: "Anar dedi ki, "Arşın mal alan"a sən çəkilsən, film batacaq"

11:30 5 iyul 2025
Uşaq qəlblərinin sevgi fatehi - Misli görünməmiş qadın hünəri

Uşaq qəlblərinin sevgi fatehi - Misli görünməmiş qadın hünəri

10:40 5 iyul 2025
# # #