"Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt" kitabı təqdim olunub

"Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt" kitabı təqdim olunub
26 oktyabr 2019
# 17:17

Oktyabrın 26-da "Libraff" kitab mağazasında "Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt" kitabının təqdimatı olub.

APA xəbər verir ki, kitab ingilis dilindən Azərbaycan dilinə tərcümə olunub. Kitabın tərcüməçisi Pərviz Talıblı, ixtisas redaktoru klinik psixoloq Narınc Rüstəmovadır.

Müəllifi Ellen Notbohm olan kitab "TEAS Press" Nəşriyyat Evində nəşr olunub.

N. Rüstəmova bildirib ki, Azərbaycanda belə bir kitabın olması çox vacibdir. O qeyd edib ki, kitabın müəllifi öz övladında olan problemlə bağlı yazmağa başlayan anadır: " Bu kitabın digərlərindən fərqi odur ki, kitab nə elmi, nə də bədii kitabdır. Övladı autist olan ananın dilindən yazdığı bir kitabdır. İlk dəfə övladına autizm diaqnozu qoyulanda ananın yaşadığı hisslər, sonda qalib olması öz əksini tapıb. Kitabda autist birinin psixoloqla, mütəxəssislərlə iş aparılarsa, belə uşağın necə uğur qazanacağı göstərilir. Kitab göstərir ki, bir insan istəyərsə, ruhdan düşmədən, erkən diaqnozla bu, yaxşı nəticələnə bilər".

Narkoloji Mərkəzin direktoru, psixiatr Araz Manuçehri də kitab haqqında fikirlərini bildirib: “Autizmlə ilk tanışlığından danışıb, xəstəlik barədə məlumat verib”.

# 5319 dəfə oxunub

Oxşar xəbərlər

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olundu

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olundu

18:30 23 sentyabr 2026
“27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edildi

“27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edildi

18:15 23 sentyabr 2026
Dünyanın ən yaxşı 100 şorbası məlum oldu

Dünyanın ən yaxşı 100 şorbası məlum oldu

18:00 23 sentyabr 2026
Stenford alimlərindən unikal layihə - Ayasofiyanın səsi rəqəmsallaşdırıldı

Stenford alimlərindən unikal layihə - Ayasofiyanın səsi rəqəmsallaşdırıldı

17:30 23 sentyabr 2026
Görkəmli şəxsiyyətlərin Sabit Rəhman haqqında fikirləri

Görkəmli şəxsiyyətlərin Sabit Rəhman haqqında fikirləri

17:00 23 sentyabr 2026
Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

16:30 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər