Yaradıcılıq Fondunun gənc yazarlar üçün ekskursiyası FOTO

Yaradıcılıq Fondunun gənc yazarlar üçün ekskursiyası FOTO
14 sentyabr 2015
# 13:10

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yaradıcılıq Fondunun birgə həyata keçirdiyi “Qafqaz Albaniyasına səyahət” layihəsi çərçivəsində Prezident Yanında Bilik Fondu və Azərbaycan Yaradıcılıq Fondunun təşkilatçılığı ilə gənc yazarların və media nümayəndələrinin Oğuz-Qəbələ rayonlarına ekskursiyası təşkil olunub.

Azərbaycan Yaradıcılıq Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ekskursiya çərçivəsində Prezident Yanında Bilik Fondunun Oğuz rayonu üzrə Bilik evinə, Qafqaz Albaniyası məbədləri-Müqəddəs Yelisey Bazilikasına, Kərimli kənd kurqanlarına, Calut kəndinə, Qəbələ rayon Nic kəndindəki sinaqoqa səfər edilib.

Səfər zamanı Oğuz rayon Bilik evində layihə iştirakçılarının görüşü keçirilib. Tədbirdə çıxış edən Bilik Fondunun Oğuz rayon nümayəndəsi Anar Məcidov, Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov və fondun bölgə üzrə nümayəndəsi Cəlil Cavanşir Bilik evinin fəaliyyəti, yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələri haqqında məlumat verib.

Qeyd olunub ki, Bilik evində gənclərin maarifləndirilməsi, Azərbaycanda mövcud olan multikultural dəyərlərin təbliği, müxtəlif peşə sahələrini təmsil edən gənclərin ixtisaslarının inkişafı, bədii yaradıcılıq imkanlarının genişləndirilməsi üzrə təlimlər həyata keçiriləcək.

Bilik evində Bilik Fondunun dəstəyi ilə oxucu klubu, kitabxana, konfrans zalı, tədris otağı, kino zalı fəaliyyət göstərir.

Tədbirdə tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva, Udin icmasının sədri Robert Mobili çıxış edərək millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın bölgədə mövcud olan milli azlıqların birgə yaşayış mədəniyyəti, multikultural ab-hava haqqında düşüncələri və görüləcək işlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, sözügedən layihə çərçivəsində müxtəlif bölgələrə mütəmadi səfərlər təşkil ediləcək.

# 2455 dəfə oxunub

Oxşar xəbərlər

Vikinq döyüşçülərinin adları niyə Ayasofiyadadır?

Vikinq döyüşçülərinin adları niyə Ayasofiyadadır?

18:10 21 avqust 2026
Türkiyədəki qədim kurqanda qazıntılar başladı

Türkiyədəki qədim kurqanda qazıntılar başladı

15:30 21 avqust 2026
Rahatlıq tapmaq üçün gələnlər, "İncil"i oxuyub üz tutanlar və pakistanlı rahib...- Müqəddəs Məryəm Katolik Kilsəsindən reportaj

Rahatlıq tapmaq üçün gələnlər, "İncil"i oxuyub üz tutanlar və pakistanlı rahib...- Müqəddəs Məryəm Katolik Kilsəsindən reportaj

15:10 21 avqust 2026
Gənclər Kitabxanasında Nizami Gəncəvi irsinə aid təqdimatlar hazırlandı

Gənclər Kitabxanasında Nizami Gəncəvi irsinə aid təqdimatlar hazırlandı

14:30 21 avqust 2026
1000 müsəlman erməni - Onlar kimin vasitəsiylə İslamı qəbul etmişdilər?

1000 müsəlman erməni - Onlar kimin vasitəsiylə İslamı qəbul etmişdilər?

14:00 21 avqust 2026
Slovakiyanın dissident yazıçısı - O, niyə əri ilə Romaya qaçmışdı?

Slovakiyanın dissident yazıçısı - O, niyə əri ilə Romaya qaçmışdı?

12:00 21 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər