Aktrisa Şəbnəm Cəbrayılovanın müraciəti yayıldı: "Direktor məni hədələyir"

Aktrisa Şəbnəm Cəbrayılovanın müraciəti yayıldı: "Direktor məni hədələyir"
27 avqust 2019
# 17:15

Məhkəməyə verdiyim iddia ərizəsində narahatlıqlarla üzləşərək ağır vəziyyətə düşdüyümə və bunun nəticəsi olaraq uşağımı itirdiyimə görə İrəvan teatrının direktoru İftixar Piriyevi, avtobus sürməyə icazəsi olmadığı halda avtomobil sükanı arxasına əyləşərək onu narahat idarə etdiyinə görə aktyor-şofer Bəhruz Hikmətoğlunu, hamilə qadının hüquqlarını müdafiə etməyə borclu olduğu halda, məni işdən çıxarmağa tez-tələsik razılıq verib, qanunları pozaraq direktorun göstərişinə əməl etdiyinə görə Teatr Həmkarlar Komitəsinin sədri aktyor Natiq Həziyevi günahlandırıram.Buna haqqım var. Sözüm sizədir. Uşağımı itirməyimə bais olduğunuz üçün bir insan olaraq hamınız utanın. “Balalarınızın qarşısına çıxsın!” qarğışı eləmirəm sizə. Balalarınızın günahı olmadığını, bala itirmiş ana olaraq, başa düşürəm. Bəs mənim körpəmin günahı nə idi? Siz kişi ola- ola bu suala cavab verə bilərsiniz? Ürəyiniz ağrımır? Vicdanınız sızıldamır? Gecələr necə rahat yatırsınız? ”

Bu sözləri İrəvan teatrının keçmiş aktrisası Şəbnəm Cəbrayılova öz müraciətində söyləyib. Hamiləliyinin pozulmasında onu işdən çıxaran teatrın direktoru İftixar Piriyevi ittiham edərək məhkəməyə verən aktrisa direktorun sosial şəbəkələrdə ona təzyiqlər etdiyini, hədələdiyini söyləyir:

"Əgər mənim bu çətin halımda, bir daha haqqımda nalayiq ifadələr işlətsəniz hüquq mühafizə orqanlarına rəsmi müraciət edəcəm. Sizdən fərqli olaraq xəlvəti iş görməyə adət etməmişəm. Xəbərdarlığımı etdim”

Xatırladaq ki, teatr rəhbərliyi ilə aktrisa arasında qalmaqal ötən aydan başlayıb. Direktor Şəbnəm Cəbrayılovanın iddialarını qəbul etmir.

# 4918 dəfə oxunub

Oxşar xəbərlər

Montrö Klassik Musiqi Festivalında Azərbaycan Mədəniyyət Günləri - İlk dəfə

Montrö Klassik Musiqi Festivalında Azərbaycan Mədəniyyət Günləri - İlk dəfə

14:15 13 sentyabr 2026
Səs maşını - Roald Dahlın hekayəsi

Səs maşını - Roald Dahlın hekayəsi

12:30 13 sentyabr 2026
"Yalnız axmaqlar qəti və arxayın olurlar..." - Mişel de Montenin sitatları

"Yalnız axmaqlar qəti və arxayın olurlar..." - Mişel de Montenin sitatları

10:30 13 sentyabr 2026
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

14:45 12 sentyabr 2026
Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

13:30 12 sentyabr 2026
Məşhur müğənni beynindən əməliyyat olundu

Məşhur müğənni beynindən əməliyyat olundu

13:00 12 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər