Mobil telefonlar beyin xərçəngi yaradır? - ARAŞDIRMA

Mobil telefonlar beyin xərçəngi yaradır? - <span style="color:red;">ARAŞDIRMA
3 may 2017
# 13:28

Çoxumuz bəlkə də, əmin halda deyə bilərik ki, bədənə, xüsusilə ürəyə yaxın hissədə telefonu saxlamaq ziyandır və bir çox xəstəliklərlə nəticələnə bilər, məsələn: xərçəng. Bəs, bu faktın mənbəyi haradır? Kim ilk dəfə belə bir faktı irəli sürüb və nəyə görə biz buna inanırıq?!

Mobil telefonların xərçəngə səbəb olması doğruya oxşamır, çünki onların şüaları ionlaşdırmır. Yəni elektronları, ya da molekulları atomlardan ayırmağa - DNT-ni dağıtmaq üçün - onların enerjisinin gücü çatmır. Buna baxmayaraq, bəzi araşdırmalar göstərir ki, telefonun qısa-dalğalı şüaları insan bədənində “istilik şoklu” zülalları meydana gətirə bilər. Bunun da nəticəsində şiş yarana bilər. Bəlkə, həqiqətən də insanların mobil telefonlardan xərçəngə tutulmaları doğrudur?

Bir neçə araşdırma göstərir ki, mobil telefonları istifadə edənlər arasında xərçəng riski daha çoxdur. Hətta araşdırmaların davamında məlum olub ki, mobil telefondan 25 ildən çox istifadə edənlərdə xərçəngə tutulma riskləri daha çoxdur. Bu araşdırmalardan sonra Ümumdünya Səhiyə Təşkilatı mobil telefonların şüalarını “potensial kanserogen” olaraq klassifikasiya edib. Lakin nəzərə almaq lazımdır ki, beyin xərçəngi çox nadir hallarda olur.

Yer kürəsində olan mobil telefonların sayı, insanların sayından çoxdur və 7 milyard qeydiyyata alınmış istifadəçi var. Əgər 50 000 insanı 10 il müddətində izləməli olsaq, cəmi 20-sində şişin inkişafını görə bilərik. Bu faktdan yola çıxsaq və mobil telefonların insan həyatına ziyanı fərziyyəsini götürsək, daha sonra araşdırmalara başlasaq, bunun heç bir bağlılığını görə bilmərik. Yəni səbəb-nəticə əlaqələrini müşahidə etmək mümkün deyil. Başqa bir məsələ, bu mövcud deyil.

Artıq xərçəngə tutulmuş bir qrupu və həmin qrupda iştirak edənlər kimi həyat tərzi keçirən başqa bir qrupu götürsək; onlara telefondan nə qədər çox istifadə etdikləri haqqında sual versək – cavablar reallıqla uyğun olmaya bilər və xərçəngə tutulmuş qrup “çox istifadə edirdim”, digərləri isə “demək olar ki, istifadə etmirdim” – deyə bilər. Yəni bu sual yanlış vaxtda və yerdə verilmişdir.

Yaxın illərdə Danimarkada böyük araşdırma aparılıb və ölkənin bütün sakinləri iştirak edib. Telefon şirkətlərinin məlumatlarına görə, mobil telefonların istifadəsi ilə beyinin xərçəngi arasında heç bir birbaşa əlaqə tapılmayıb. İngiltərədə qadınların üzərində aparılmış araşdırmanın nəticəsində məlum olub ki, bir milyon sakin arasında beyin xərçənginin mobil telefonlardan yaranma riski yoxdur.

Bəs, biz nəyə inanmalıyıq?!

Müqayisəyə! Çünki birinci göstərdiyim xərçəngin yaranmasını sübut edən araşdırmalar birmənalı olaraq səhvdir. Bunu yoxlamaq üçün yeganə düz üsul var: o da ki, müqayisədir.

Son 15-20 ildə hər kəs telefon istifadə edir, bəs mobil telefon istifadəsi minimum ya da ümumiyyətlə, sıfır olan dövrlərdə, yəni 1995-ci ildən əvvələ baxdıqda heç bir dəyişiklik görülmür. Aşağıda gördüyünüz diaqramda qırmızı xətt, yalan xərçəngin artmasını göstərir (xərçəngin artmasını göstərən araşdırmaların qənaəti). Əvvəldən sona kimi davam edən göy rəng isə real göstəricilərdir.

Gördüyümüz kimi heç bir dəyişiklik yoxdur! Yoxlamalar göstərir ki, ən çox beyin xərçəngi 80-ci illərin sonuna təsadüf edir, bunun da artma səbəbi yoxdur; çünki beyin xərçənginin həqiqi statistikası, bəlkə də heç artmayıb. Rəqəmin qalxmasının səbəbi isə yoxlamaların gücləndirilməsidir və xərçəngi aşkar etmək üçün istifadə olunan köhnə metodların, yeniləri ilə əvəz olunmasıdır. Sözsüz ki, belə araşdırmalar aparılmaqda davam edəcək.

Lakin həqiqət uyğun olacağı inandırıcı gəlmir. Fiziki hesablamalar mobil telefonların tərəfindədir və onların ziyanı haqqında bir kəlmə belə demir.

Mirzə İskəndərov

# 1230 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #