Raquf Orucova həsr olunmuş romanın təqdimatı keçirildi

 Raquf Orucova həsr olunmuş romanın təqdimatı keçirildi
20 aprel 2019
# 10:12

Aprelin 19-da Bakı Kitab Mərkəzində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilati dəstəyi ilə yazıçı Şərif Ağayarın “Komandir” romanının təqdimatı olub.

Kitab əfsanəvi kəşfiyyatçı, Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr edilib.

Əvvəlcə Raquf Orucovun hərbi fəaliyyətini, Murov istiqamətində xidmət etdiyi uğurlu kəşfiyyat əməliyyatlarını əks etdirən və Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş videoçarxlar nümayiş olunub.

Sonra çıxış edən Milli Məclisin deputatları Aqil Abbas və Fazil Mustafa Aprel döyüşlərinin Azərbaycan Ordusunun öz torpağını düşmən tapdağı altında qoymayacağını sübut etdiyini bildirib, Raquf Orucov kimi oğullarımızın qəhrəmanlığının bu inam hissini daha da gücləndirdiyini qeyd ediblər.

Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva Vətəni canından artıq sevən qəhrəmanın xatirəsinin hər cür hörmət və ehtirama layiq olduğunu bildirib, ibrətamiz ömür yolunu gənc nəsil üçün əsl örnək hesab etdiyini söyləyib.

Milli Məclisin deputatı Qənirə Paşayeva, kitabın redaktoru İlham Tumas və başqaları Raquf Orucovun keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan söhbət açıb, ibrətamiz ömür yolunun gənc nəsil üçün əsl örnək olduğunu söyləyiblər.

Kitabın müəllifi Şərif Ağayarın tədbirin iştirakçıları və təşkilatçılarına təşəkkürünü bildirərək Raquf Orucovun şərəfli döyüş yolundan bəhs edən nəşrin ərsəyə gəlməsindən danışıb: “Romanda bəhs olunan mövzular Azərbaycan oxucusu üçün tanış olsa da, “Komandir” əsəri ədəbi mühit üçün tamamilə yeni üslubda qələmə alınıb. Romanda Raquf Orucovu bir çox oxşar kitabların qəhrəmanı kimi pafosla təqdim etməmişəm. Heç təxəyyülü işə salmağa da ehtiyac olmayıb, çünki kəşfiyyat komandirinin həyatı çox zəngindir. O, öz ömür yolu və döyüş qəhrəmanlığı ilə peşəkar, ləyaqətli və yenilməz Azərbaycan zabitinin canlı obrazını yaşayıb”.

Qeyd edilib ki, roman dörd hissədən ibarətdir. Birinci hissədə polkovnik-leytenant Raquf Orucovun uşaqlığı, gəncliyi və Ağdamda iştirak etdiyi döyüşlər əks olunub. İkinci və üçüncü hissə onun kəşfiyyatçı kimi Murovdakı fəaliyyətindən, dördüncü hissə isə qəhrəmanın həyatının digər dövrləri və onun əbədiyyətə qovuşduğu Talışdağ uğrundakı döyüşlər haqqındadır. Ömrünün 25 ilini torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərə sərf edən, “Murov qartalı” adını qazanan Raquf Orucovun həyatı və fəaliyyəti “Komandir” romanında real faktlar əsasında qələmə alınıb.

Mərasimin sonunda şəhid komandirin həyat yoldaşı Sevinc Orucova tədbirin təşkilatçılarına və iştirakçılara ailə üzvləri adından təşəkkürünü bildirib. /azertag.az/

# 4018 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər