“İlin ən yaxşı kitabxanası” seçildi

“İlin ən yaxşı kitabxanası” seçildi
15 dekabr 2017
# 17:03

Dekabrın 15-də Sabirabad rayonu Heydər Əliyev Mərkəzində "İlin ən yaxşı kitabxanası" müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Qurumun sektor müdiri Lətifə Məmmədova müsabiqə haqqında məlumatda deyib ki, kitabxanalar arasında müsabiqənin təşkili məhz vətəndaşların səyyar qəbulu zamanı qaldırılan məsələlərdən biri kimi həyata keçirilib. Nazirlik tərəfindən bu tipli müsabiqələr "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrası müddətində davamlı olaraq keçirilib. Bu ənənə yenidən bərpa olunub.

Vurğulanıb ki, builki müsabiqə əsasən kitabxanalarda yeni iş üsullarının və innovativ layihələrin reallaşdırılması, kitabxanaçıların yaradıcı potensialının inkişaf etdirilməsi məqsədilə təşkil edilib. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS) arasında "İlin ən yaxşı mərkəzi kitabxanası”, "İlin ən yaxşı uşaq şöbəsi" və "İlin ən yaxşı kitabxana filialı" nominasiyaları üzrə keçirilib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qalibləri təbrik edib. Qeyd edib ki, kitabxana sisteminin daha da inkişaf etdirilməsi, müasir texnologiyalardan istifadənin artırılması günün tələbidir.

Nazir kitabxanalara oxucuların marağının artırılması istiqamətində həyata keçirilən işlərin daha da sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra qaliblərə mükafatlar təqdim edilib. "İlin ən yaxşı mərkəzi kitabxanası" nominasiyasında Astara rayon Mərkəzi kitabxanası, "İlin ən yaxşı uşaq şöbəsi" üzrə Füzuli rayon Mərkəzi kitabxanasının uşaq şöbəsi və "İlin ən yaxşı kitabxana filialı" nominasiyasında isə Quba rayon MKS-nin Amsar kənd kitabxana filialı qalib olub.

AzerTac

# 2262 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə 8 min illik tikili kəşf edildi

Türkiyədə 8 min illik tikili kəşf edildi

19:00 12 avqust 2026
Musiqi plartformasından yeni qərar – Süni intellektlə bağlı

Musiqi plartformasından yeni qərar – Süni intellektlə bağlı

18:40 12 avqust 2026
“Qürur və qərəz” filmi yayımlandı – Yeni plartformada

“Qürur və qərəz” filmi yayımlandı – Yeni plartformada

18:20 12 avqust 2026
Gənclər Kitabxanasından təqdimat: “Gənclik bu günümüz, gələcəyimizdir!”

Gənclər Kitabxanasından təqdimat: “Gənclik bu günümüz, gələcəyimizdir!”

17:55 12 avqust 2026
Tarixçi alim: "Möminə Xatun türbəsinin bərpası olduqca əhəmiyyətlidir"

Tarixçi alim: "Möminə Xatun türbəsinin bərpası olduqca əhəmiyyətlidir"

17:40 12 avqust 2026
Şeiri və mistisizmi sənətə çevirən  Uilyam Bleyk kim idi?

Şeiri və mistisizmi sənətə çevirən Uilyam Bleyk kim idi?

16:20 12 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər