“British Council”un Azərbaycan ofisinin rəhbəri Tərcümə Mərkəzində

“British Council”un Azərbaycan ofisinin rəhbəri Tərcümə Mərkəzində
24 fevral 2016
# 16:09

Fevralın 24-də British Council Azərbaycan ofisinin direktoru Elizabet Vayt ARNK yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudla görüşüb. Kulisin məlumatına görə görüş zamanı dil və tərcümə, tərcümə tədrisinin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq, ədəbiyyatlararası əlaqələrin və mübadilələrin qurulması, eləcə də digər əlaqədar mövzularda danışıqlar aparılıb.

Afaq Məsud qonağı salamlayaraq, dil və tərcümə sahəsinin mövcud durumundan, dilin düzgün tətbiqi, tərcümə tədrisinin və tərcüməçilik fəaliyyətinin beynəlxalq normalara uyğun səviyyədə qurulması istiqamətində görülən işlərdən danışaraq, ədəbiyyatlararsı mübadilələrə geniş imkanlar yaradan “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” layihəsindən söz açıb: “Ötən ilin dekabrında antologiyanın Moskvada geniş təqdimat mərasimi baş tutdu. Kitabın yaxın vaxtlarda ərəb dilində Misirdə, daha sonra İordaniya, Fələstin, Mərakeş, Liviya və digər bu kimi, ərəb ölkələrində nəşri planlaşdırılır. Bu nəşrin ilkin təqdimatı Misir Milli Mədəniyyət Mərkəzində keçiriləcəyi nəzərdə tutulub. İyunda isə, ikicildliyin, türk dilində Ankarada təqdim ediləcəyi gözlənilir. İlk dəfədir ki, Azərbaycan ədəbiyyatı dünyaya belə bir formatda təqdim edilir. Biz bu nəşri Azərbaycan dilində də çapa hazırlamışıq və nə qədər qəribə də olsa, milli ədəbiyyatımız Azərbaycana da, ilk dəfə belə bir akademik formatda təqdim ediləcək.”

Elizabet Vayt Tərcümə Mərkəzinin dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, ədəbi dilin qorunması və istifadəsi, tərcümənin tədrisi, eləcə də ədəbiyyatlararası mübadilələr istiqamətində fövqəladə işlər gördüyünü vurğulayıb: “Azərbaycan ədəbiyyatının dünyaya belə bir formatda təqdimatı, eləcə də dünya ədəbiyyatlarının ölkədə işıqlandırılmasıyla bağlı görülən işlər, həqiqətən təqdirəlayiqdir. Məhz bu format dünya oxucusunda milli ədəbiyyatımız barədə tam və müfəssəl təəssüratın yaranmasına imkan verir. Antologiyanın ingilis dilində mükəmməl səviyyədə alınması, nəşri və təqdimatıyla bağlı təkliflərinizi yüksək dəyərləndirirəm. Bununla bağlı İngiltərənin əlaqədar qurumlarıyla əlaqə yaradacaq və Mərkəzlə bu sahədə işbirliyinin qurulmasına yardımçı olacağıq.”

# 2343 dəfə oxunub

Oxşar xəbərlər

Botticellinin 10 milyon funtluq tablosu yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

Botticellinin 10 milyon funtluq tablosu yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

14:13 13 noyabr 2026
Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

14:00 13 noyabr 2026
Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

13:38 13 noyabr 2026
Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

13:32 13 noyabr 2026
Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

12:22 13 noyabr 2026
Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

12:02 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər