Yuri Qaqarinin ölüm sirri açıldı - 50 İL SONRA

Yuri Qaqarinin ölüm sirri açıldı -<span style="color:red;"> 50 İL SONRA
28 mart 2018
# 16:20

Planetin ilk kosmonavtı Yuri Qaqarinin hansı səbəbdən həlak olması məlum olub.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, instruktor Vladimir Sereqinlə birgə MİQ-15 reaktiv uçuş aparatında həlak olan Qaqarin yerdən gələn səhv komanda nəticəsində həyatını itirdiyi aydın olub.

Qəzanı araşdırmaq üçün yaradılmış hökümət komissiyasının üzvü, texnika elmləri doktoru Arseniy Mironovun sözlərinə görə, Qaqarinin kursu dəyişmək üçün icazə istəməsinə uçuşun rəhbəri “İcazə verirəm” deyə cavab verib. Halbuki o bu cümləyə “Aşağı enməmək şərtilə” sözlərini də əlavə etməli idi.

“Hadisə məhz buna görə baş verib” – deyə mütəxəssis açıqlama verib.

Qəza zamanı radara kimin nəzarət etdiyini aydınlaşdırmaq mümkün olmayıb.

Xatırladaq ki, Qaqarin 1968-ci ilin 27 martında Vladimir Sereqinlə birgə MİQ-15 tədris üçün nəzərdə tutulmuş reaktiv qırıcıda həlak olmuşdu. Təyyarə Vladimirski bölgəsində Novoselova kəndi yaxınlığında Yerə düşüb partlamışdı.

# 3308 dəfə oxunub

Oxşar xəbərlər

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri”  təqdim edildi

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” təqdim edildi

18:30 7 oktyabr 2026
80-ci illərin məşhur soul ulduzu vəfat etdi

80-ci illərin məşhur soul ulduzu vəfat etdi

17:30 7 oktyabr 2026
Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

17:00 7 oktyabr 2026
Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

16:30 7 oktyabr 2026
AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

16:00 7 oktyabr 2026
Türkiyədə kinofestival keçiriləcək - Tanınmış rejissorların iştirakı ilə

Türkiyədə kinofestival keçiriləcək - Tanınmış rejissorların iştirakı ilə

15:30 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər