Türk və Latın Amerikası mədəniyyəti bir araya gəlib

Türk və Latın Amerikası mədəniyyəti bir araya gəlib
24 oktyabr 2017
# 17:36

Oktyabrın 23-də Braziliyada Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY-un dəstəyi, Azərbaycan, Türkiyə və Qazaxıstanın Braziliyadakı səfirliklərinin, Braziliya Federativ Respublikasının Milli Konqresinin Federal Senatının təşkilatçılığı ilə "Türk və Latın Amerikası mədəniyyəti, tarixi və ənənələrinə kontinental, regional, elmi yanaşma" mövzusunda konfrans keçirilib.

Kulis.azın məlumatına görə tədbirdə öncə Türkiyənin Braziliyakı səfiri Əli Qaya Savut, Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov, Qazaxıstanın Braziliya üzrə səfiri Kairat Sarzhanovun məruzələri dinlənilib.

Daha sonra senator Kristomas Rikardo Kavalkanti Buark çıxış edərək qeyd edib ki, qədim türk mədəniyyəti müasir cəmiyyətin formalaşmasında əvəzsiz rol oynayıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva mədəniyyətlərarası və qitələrarası dialoqda rəhbərlik etdiyi Fondun rolundan danışıb, Latın Amerikası və türk mədəniyyətləri arasında qarşılıqlı əməkdaşlıqdan söz açıb. Bildirib ki, qədim köklərə mənsub olan türk xalqlarının ən böyük xəzinəsi zəngin ortaq keçmişi, tarixi, mədəniyyəti, adət-ənənəsidir. Bu xəzinənin qorunması və dünyaya tanıdılması Fondun qarşısında dayanan əsas prioritetlərdəndir.

Konfransda AMEA-nın Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev “Türk xalqlarının qərbə köçü” və TÜRKSOY-un Baş katibinin müavini Firat Purtaş “TÜRKSOY və Mədəni diplomatiyası” mövzusunda çıxış ediblər.

Bədii hissədə Azərbaycan, Türkiyə və Qazaxıstan musiqiçilərinin ifasında geniş konsert proqramı təqdim olunub. Azərbaycanı kamança ifaçısı Şəhriyar Musayev təmsil edib.

Konfrans çərçivəsində Parlamentin sərgi zalında “Braziliyada türk irsi” mövzusunda fotosərgi açılıb. Sərgi noyabrın 3-dək davam edəcək.

# 2187 dəfə oxunub

Oxşar xəbərlər

Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

16:05 12 oktyabr 2026
Dünyanın ən qalmaqallı okkultist yazıçısı - Alister Krouli kim idi?

Dünyanın ən qalmaqallı okkultist yazıçısı - Alister Krouli kim idi?

15:30 12 oktyabr 2026
Kamal Abdullanın  “Azərbaycanca danışaq” əsəri Polşada

Kamal Abdullanın “Azərbaycanca danışaq” əsəri Polşada

15:21 12 oktyabr 2026
Əhməd Cavadın nəticəsi və  adaşı:  "Deyirdilər ki, onu yandırıb dənizə atıblar..."

Əhməd Cavadın nəticəsi və adaşı: "Deyirdilər ki, onu yandırıb dənizə atıblar..."

15:00 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər