Tələbə evinin vacib və müqəddəm 10 ŞƏRTİ

Tələbə evinin vacib və müqəddəm <span style="color:red;">10 ŞƏRTİ
18 noyabr 2016
# 08:30

Kulis.Az tələbə evlərində daim rast gəlinən on məqamı təqdim edir.

Tələbə tələbi – Tələbənin tutacağı ev ucuz olmalıdır, yanında bir-iki nəfər şərik də mütləqdir. Qız gətirməyə ev sahibi razılıq verməlidir. Vayfay, televizor olmasa çətin qalmaq olar orda.

Image result for tələbə evi

Boşalan içki şüşələri – Tələbənin yaşadığı evin miskin mənzərələrindən biri. Səhər dərsə tələsəndə yığılmamış yorğan-döşək də bu mənzərənin tərkib hissəsidir. Evə qonaq gələndə tələbə tez-tələsik bu mənzərəni yığışdırıb dolabın içinə ya da, çarpayının altına doldurmaqda məharətlidir. Amma səhərisi gün ev doğma halına qayıtmalıdır. Tələbənin evi cəngəlliyi xatırlatmalıdır axı. Başqa cür ola bilməz.

Image result for tələbə evi

Ödənməyən işıq, qaz çekləri – Tələbə bu çeklərdən bir kitabxana sala bilər. Müxtəlif qiymətlər yazılmış çeklər dostlarla gülmək üçün ələ düşmüş yaxşı materialdır. Dərddən gülən tələbə axşam çeklərlə təkbətək qalanda dərin bir hüznə boğular. Rayondakı atasına zəng eləməkdən vaz keçər, çünki atalar əsəbidir, eynən dərsə gecikəndə qaşlarının ortası çatılmış müəllimlər kimi. Ən yaxşısı anadır. Onun hardasa gizlətdiyi, pis gün üçün saxladığı pullar var.

Maraqlı bir əşya – Tələbə qızların diqqətini çəkmək üçün yaşadığı evdə mütləq maraqlı bir əşya saxlayar. Qızları evə gətirmək üçün edilən unikal bir bəhanə. Görən, o əşya nədir elə? Göstərməz heç kimə, gərək əşyanın olduğu yerə gələsən. Sonradan xəyal qırıqlığı da ola bilər. Qız tələyə düşdüyünü anlayar. Amma artıq gecdir...

Image result for sual

Yarım alma – Soyuducuda tənha duracaq o yarım alma. Heç kim yeməyəcək onu. Nə vaxtsa dərsdən gəlib stolun üstündə almanı aşkarlayan ac tələbə onu yarıya qədər yeyib soyuducuda həbs edəcək. Bu yarım almanın azad olacağı günü səbirsizliklə gözləyirik.

Image result for yarım alma

Çirkli qablar – “Bu günün işini sabaha saxlama” düsturu tələbə üçün tərsinədir. Çirkli qablar kimin üçün yuyulacaq ki? Çirkli qablar onun ruh halını ifadə etməyə yarayır. Yemək yemək üçün çirkli qabı yumağa ehtiyac yoxdu. Qalaq-qalaq çirkli qabın içindən birini seçib yeməyi ora tökmək tələbə üçün pintilik deyil, əksinə onun həyatının ən vacib atributlarından biridir.

Image result for çirkli qablar

Yemək bişirmək – Tələbə yorğundur. Həmişə və hər zaman. Qonşular ona əl tutmaz, dostlar da ancaq ortalığı dağıtmaqla məşğuldur. Ən yaxşısı qayğanaqdır. Tava artıq yumurtanın yayılmasına öyrəncəlidir. Doğmalaşıb yumurta onun üçün.

Image result for qayğanaq

Yeni kəşflər – Bütün tələbələr dahidir. Şübhəsiz! İşıq puluna görə işığı kəsiblər. Axşam da futbol var. Nə etməli? Tələbə üzbəüzdəki qonşudan elektrik götürür. Birdən işıq yanır. Bu dəfə qaz yoxdur. Tələbə də həmişə ac. Yeməyi bişirmək tələbə üçün problem deyil. Ütü, ya da peç nə günə durur?

Image result for kaçak elektrik

Tualet kağızları – Kağız qalmayıb artıq. Tələbənin gününün çox hissəsi tualetdə keçir. Bəs bu kağız hara yoxa çıxır? Cin olub göyə çəkilmir ki? Tələbə telefonla qızlarla yazışa bilər, ya da mahnıya qulaq asar. Kağızların qətli sirr olaraq qalır.

Image result for tualet kağızları

Əşyaların köçü – Tələbə əşyalarını çox sevər. Həm də o qədər sevər ki, bəzən onları xarab olmuş soyuducuya doldurar. Əşyalar hər gün evin başqa-başqa yerlərinə köç edər. Bu köç dayanmaz.

Image result for köhnə soyuducu

# 2341 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər