Prezident Anara məktub göndərib – MƏTN

Prezident Anara məktub göndərib – MƏTN
13 mart 2018
# 17:20

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anarı 80 illiyi münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli Anar müəllim! Sizi – Azərbaycanın görkəmli yazıçısını və tanınmış ictimai xadimini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, yeni yaradıcılıq uğurları və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. Sizin istedadlı nasir, publisist və dramaturq olaraq çoxəsrlik ənənələrə malik ədəbiyyatımızın daha da zənginləşməsində müstəsna xidmətləriniz var. Ən müxtəlif janrlarda qələmə aldığınız əsərlərdə Siz söz sənətkarlarına məxsus yüksək məharətlə müasirlərimizin mənəvi aləminin dolğun təsvirinə nail olmuş, ardıcıl ədəbi-fəlsəfi axtarışlarınızla bədii fikrimizin yeni inkişaf mərhələsinin yaradıcılarından biri kimi səmərəli fəaliyyət göstərmisiniz.

Mövzu aktuallığı, üslub fərdiliyi, dil səlisliyi və dərin həyatiliyi ilə səciyyələnərək yüksək əxlaqi keyfiyyətlər aşılayan nəsr əsərlərinizin geniş oxucu auditoriyasının zövqünün formalaşmasında təsiri təqdirəlayiqdir. Daim rəğbətlə qarşılanan səhnə əsərləriniz və dahi şəxsiyyətlərimizin ömür yolunu özünəməxsus parlaq boyalarla canlandıran kinossenariləriniz şöhrətinizi daha da artırmışdır. Hər biri uzunmüddətli araşdırmanın məhsulu olub ədəbi-mədəni fikir tariximizin bütün məqamlarını ehtiva edən məqalə və esseləriniz intellektual potensialınızın aydın təzahürüdür.

Dilimizin saflığının qorunması uğrunda mübarizə yaradıcılığınızın mühüm istiqamətlərindən birini təşkil etmişdir. Xalqımızın böyük sənətkarlarının övladı olmaqla yeni tarixi şəraitdə azərbaycançılıq məfkurəsinin inkişafında xidmətləriniz danılmazdır.

Azərbaycan Yazıçılar Birliyinin sədri vəzifəsində Siz otuz ildən bəri uğurla çalışmaqdasınız. Ümidvaram ki, ölkəmizin mədəni-ictimai həyatında bundan sonra da fəal iştirakınızla gənc ədəbi nəslin milli ideyalara bağlılıq ruhunda yetişməsi üçün bilik və bacarığınızı əsirgəməyəcəksiniz”.

# 1777 dəfə oxunub

Oxşar xəbərlər

Rejissor Kənan MM və yazıçı Orxan Saffari arasında barışıq əldə olunub - YENİLƏNİB

Rejissor Kənan MM və yazıçı Orxan Saffari arasında barışıq əldə olunub - YENİLƏNİB

18:27 19 fevral 2026
Parisdəki "sehrbaz otağı" - Bretonun evindəki şaman maskalarının gizli sirri

Parisdəki "sehrbaz otağı" - Bretonun evindəki şaman maskalarının gizli sirri

18:00 19 fevral 2026
Həyat yoldaşı Andre Jidin gizli meyillərini öyrənəndə nə etmişdi?

Həyat yoldaşı Andre Jidin gizli meyillərini öyrənəndə nə etmişdi?

17:15 19 fevral 2026
"Kənan MM-in ağız boşluğunda yuva salmış bu üfunət bir az da..." - Babək Məmmədli

"Kənan MM-in ağız boşluğunda yuva salmış bu üfunət bir az da..." - Babək Məmmədli

16:24 19 fevral 2026
"Səhərə qədər üstümə təcili yardım gəlib" - Kənan MM Orxan Saffari ilə qalmaqalından danışdı

"Səhərə qədər üstümə təcili yardım gəlib" - Kənan MM Orxan Saffari ilə qalmaqalından danışdı

15:47 19 fevral 2026
Beynəlxalq Qadınlar Günündə konsert prqoramı

Beynəlxalq Qadınlar Günündə konsert prqoramı

14:17 19 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər