Azərbaycan pornolarında qorxa-qorxa sevişənlər kimlərdir

Azərbaycan pornolarında qorxa-qorxa sevişənlər kimlərdir
29 iyun 2017
# 11:36

Ayxan Ayvaz

Zaman o zamanıydı ki, telefonlarda porno videolar vardı və o videolar Azərbaycan gəncliyinin tək əyləncəsi idi. Onda sosial şəbəkələr nə gəzirdi? Çat sistemi vardı və hamı bir-biri ilə bu cür tanış olurdu.

Telefon sahibinin “Əl vurma” adlı papkasının içində gizlənən həmin məşhur videolar yadınızdadır? “Əl vurma” adlanan videolar bir günün içində bütün camaata yayılırdı, əldən-ələ gəzirdi. Bu məşhur videolar iki yerə ayrılırdı: xarici və azəri.

Xarici pornolar yüksək standartlarla çəkilmişdi, bol işıqlı otaqlar, cüssəli oğlanlar, “90-60-90” qızlar... Hətta bəzən operatoru belə görmək olurdu. O qədər peşəkarcasına çəkilirdi ki, ağzın açıq qalırdı.

Bizim pornolara gəlincə...

Tələsik, həyəcanlı, təşviş dolu...

Eynən cəmiyyətimizin seksə münasibəti kimi...

Məsələn, o məşhur videolardan birini deyim.

Sinif otağıdır. Qız məktəbli formasında. Çəkilişi oğlan elədiyinə görə onun üzünü görə bilmirik. Prosesin ortasında qıza zəng gəlir. Telefonu götürür: “Alo, mama! Mən dərsdəyəm.”

Kədərli deyil sizcə? Məncə, kədərlidir.

Azərbaycan pornosu bizim seksə münasibətimizin əyani göstəricisidir.

Qorxa-qorxa, əllərimiz əsə-əsə sevişirik.

Bəzən yer tapa bilmirik bunu etməyə. Qınaqlardan, tənələrdən uzağa getmək istəyirik. Transformatorda sevişən cütlüyü gözünüzün qabağına gətirin.

Bəlkə sizə gülməli gəlir, ancaq heç də dodaq qaçırası durum deyil. Bizim pornolar çox acınacaqlıdır. Öz reallığımızı bu qədər açıqcasına göstərən ikinci bir şey ola bilməz. Sizə deyim ki, bu pornolar çox səmimidir. Heç bir effekt yoxdur, tam olduğu kimidir. Neorealist filmdir ki, durub qarşımızda.

Bir nümunə daha.

Qızın üzü. Gülümsünür. Oğlanın səsini eşidirik: “Çəkirəm... Problem deyil ki”.

Bu an qızın üzünə bir anlıq hüzn çökür:

“Çək də. Onsuz da hamı pozğun olduğumu bilir”.

Necə dəhşətli cümlədir, İlahi? Hansısa filmin dialoqu deyil bu, real bir dialoqdur. İçində ağrı daşıyan cümlədir.

Adamın içi titrəyir bu cümlənin qarşısında. Niyə bu qız pozğundur? Səbəb? Öz arzusuyla sevişdiyi üçünmü?

O pornolar “əl vurma” papkasında gizlənərdi və sonra hamıya yayılardı.

Təəccüb doğurardı bu pornolar.

Kimlərinsə işinə yarayardı.

Amma həmişə gizli tutulardı.

Fikir verdiniz?

Necə də oxşar mənzərədir.

“Əl vurma” yazılıb, amma hamının əli ordadır.

Qadağa qoyulur, lakin hamı o qadağanın dadına baxmaq istəyir.

Sadəcə gizli şəkildə...

Bəli, gizli.

Bu gizliliyin arxasında necə kədərli bir mənzərə canlanır.

Bir az təlaşlıdır, həyəcanlıdır o mənzərə.

Bizim reallığımızın amansız təsviridir.

Sonra o mənzərə arxivə göndərildi.

Ancaq həmişə yaddaşlarda yaşadı.

Və o porno videolar indi adda-budda qarşımıza çıxsa da, yenə həmin gizlilik duman kimi üstümüzü alıb.

Yenə gizlənirik bir-birimizdən.

Qorxuruq, ehtiyat edirik.

Nəticədə gənclər aqressivləşir, bir-birinin ətini yeməyə hazır-nəzir durublar.

Transformatorda sevişməyə məhkumdurlar.

Gizlənməyə, özünü həbsə atmağa məcburdurlar.

Biz sağlam münasibət yaşaya bilmirik.

Rahat ünsiyyətimiz yoxdur.

Daim təlaşlıyıq, əlimiz əsir, kiminsə bizi iş üstündə tutacağından qorxuruq.

Vəziyyət hələ də bu cürdür və belə də qalmaqda davam edir.

Yazının sonunda maraqlı bir əhvalat:

Deməli, yazarlarımızdan biri azad seks haqqında bir yazı yazmışdı. Təbii, mental dəyərləri göz bəbəyi kimi qoruyan xalqımız yazarı yıxıb-sürüyürdü. Bu heynidə bir qızın şərhi çox qəribə gəldi mənə. Eynən belə yazmışdı: “Azad seks var e, sadəcə sənə yaxın duran yoxdur”.

Nokaut!

# 4045 dəfə oxunub

Oxşar xəbərlər

Puqaçovadan haqlarında çıxan iddialara cavab

Puqaçovadan haqlarında çıxan iddialara cavab

10:21 30 oktyabr 2024
20 gənc peşəkar təlimlərdə və tamaşada iştirak etdi

20 gənc peşəkar təlimlərdə və tamaşada iştirak etdi

09:49 30 oktyabr 2024
"Füzuli muğam dünyası" konserti keçirildi

"Füzuli muğam dünyası" konserti keçirildi

09:26 30 oktyabr 2024
Məşhur reper sui-qəsddə ittiham olunur

Məşhur reper sui-qəsddə ittiham olunur

09:23 30 oktyabr 2024
"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi

"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi

16:46 29 oktyabr 2024
Rasim Balayevin ailəsində ağır itki

Rasim Balayevin ailəsində ağır itki

16:28 29 oktyabr 2024
# # #