Alimlərin davası böyüyür EKSKLÜZİV

Alimlərin davası böyüyür <span style="color:red;"> EKSKLÜZİV
17 sentyabr 2014
# 15:21

Tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Musalı həyat yoldaşı - filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Musalının elmi işi ilə bağlı mətbuatda dərc olunmuş bir sıra məqalələrlə bağlı bəyanat yayıb. Kulis.Az bəyanatda ittiham edilən filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov, filologiya elmləri doktoru Paşa Əlioğlunun bəyanatlarını təqdim edir.

Filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov: "V.Musalının mənim barəmdə olan məlum iftirasına cavab olaraq və həmçinin onun nəşr etdirdiyi kitablarda yer almış saysız-hesabsız plagiat faktları barədə mən böyük həcmli yazılarla həm mətbuatda, həm də internet saytlarında elmi məqalələr şəklində çıxışlar etmişəm. Qeyd etməliyəm ki, həm müraciət etdiyim Müəllif Hüquqları Agentliyi, həm də Ədliyyə Nazirliyinin ekspertizası mənim iddia etdiyim faktları təsdiq etmişdir. Mənim göstərdiyim faktlara V.Musalının münasibəti bu günə qədər mövzudan xəbərsiz olan oxucunu çaşdıran boş hay-küyçülük və yalan çərçivəsindən kənara çıxmayıb.

Təsəvvür edin ki, fars dilini bilməyən, əlyazmadan qətiyyən xəbəri olmayan, Orta əsr əlyazmalarını oxuması qeyri-mümkün olan bir adam “Azərbaycan təzkirəçilik tarixi”mövzusunda monoqrafiya yazmaq fikrinə düşmüşdür. Əlbəttə ki, belə bir adamın bu mövzuda yazdığı əsər kompilyasiya və plagiatdan başqa bir şey ola da bilməzdi.

Məlumat üçün deyirəm ki, V.Musalının məni “ifşa etmək” cəhdləri ondan başladı ki, mən fars dilli əlyazmaların tədqiqatçısı kimi onun bu sahədə fəaliyyətinin elmdən uzaq bir söz yığını olacağını açıq şəkildə bildirdim. Bundan sonra o, məni susdurmaq üçün əks hərəkət edərək titul səhifəsində beş müəllifin ( o cümlədən N.Qarayevin) adı yazılmış bir kitabı çapa hazırlayaraq nəşr etdirməkdə, məni olmayan plagiatda ittiham etməyə başladı. V.Musalı mərhum N.Qarayevin təəssübünü çəkmir. Elmi ictimaiyyətin fikrini özünün plagiat əsərlərindən yayındırmaq istəyir.

V.Musalı tək məndən yox, onlarla müəllifin əsərlərindən plagiat edib. Hətta Moskva Dövlət Universitetinin professoru S.Q.Antonovanın bir əsərini tərcümə edərək bütünlüklə öz nəşr etdirdiyi kitaba daxil edib. Bu faktlara cavab vermək lazımdır. Qoy V.Musalı desin ki, bu faktlardan hansı biri yalandır! Hakimlər də canlı insanlardır. Onlar da qərarlarında yanıla bilərlər. Atalar yaxşı deyib, haqq nazilər – üzülməz”. Əvvəl-axır ƏDALƏTin öz yerini tapacağına əminəm!"

Filologiya elmləri doktoru Paşa Əlioğlu: "Məlumat vermək istəyirəm ki, N.Musalının iddiasına rəğmən V.Musalıya xəbərdarlıq Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə, elmi arxivin materiallarını apararaq 7 aydan artıq bir müddət ərzində qaytarmadığına görə elan edilmişdir. Dəvət olunduğuna baxmayaraq V.Musalı həmin elmi şuraya gəlməmişdi. Onu da deyim ki, V.Musalı materialları qaytarmamasını əvvəlcə onları fotoya çəkmək bəhanəsi ilə gecikdirdi, lakin fotoya çəkdikdən sonra da qaytarmadı. Səbəb məlumdur: materiallar ortaya çıxan kimi, yalan üzə çıxacaqdı. Sonra məhkəmədə baş verənlər isə ayrı söhbətin mövzusudur".

Namiq Musalı: “Əkrəm Bağırovun və Paşa Kərimovun açıqlamaları onların heç bir fakta əsaslanmayan subyektiv mülahizələridir. Azərbaycan Respublikası adından verilən məhkəmə qərarlarına əsasən onların iddialarının əsassız olduğu tam sübuta yetirilib və bu səbəbdən onlar məhkəmədə bizə məğlub olublar. Bundan sonra onların açıqlamalarını mənasız sayırıq və münasibət bildirməyə lüzum görmürük".

# 2254 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #