Oğru adlandırılan şair danışdı: “Olur belə şeylər"

Oğru adlandırılan şair danışdı: “Olur belə şeylər"
23 avqust 2019
# 15:07

“Şöhrətli adamlarla bütün dünyada belə davranırlar”.

Kulis.az-da yayımlanan İlham Qəhrəmanın “Oğru şairlər” məqaləsi qalmaqala səbəb olub. Belə ki, yazısında Yafəs Türksəsi oğru şair adlandırıb. “Qu quşu” şeirimin misralarını olduğu kimi işlədib - deyən İlham Qəhrəmana cavab Yafəs Türksədən gəlib.

O Kulis.az-a açıqlamasında bunları deyib:

“Feysbuk profilimdə paylaşdığım bir şeirdə, şüuraltı olaraq şair İlham Qəhrəmanın bir fikri sızıb. Şeiri paylaşan kimi, yazıçı dostum Şərif Ağayar etirazını bildirdi. Dedi ki, şeirdəki filan fikir İlham Qəhrəmanın filan şeirində var. Mən də dərhal həmin misranı, həmin fikri şeirimdən çıxartdım.”

Daha sonra əlavə edib:

“Sosial şəbəkədə olan dostlarımın şeirini hansı məntiqlə oğurlayıb paylaşmaq olar ki?! Nəysə, İlham bəy mənə deməmiş, qaçıb Kulis.az-da haray salıb. Məni oğru şairlərin siyahısının başına keçirib. İlham Qəhrəmanı qınamıram, şöhrətli adamlarla bütün dünyada belə davranırlar. Olur belə şeylər”.

# 3190 dəfə oxunub

Oxşar xəbərlər

Selin Dionun obrazında “Barbie” gəlinciyi hazırlandı

Selin Dionun obrazında “Barbie” gəlinciyi hazırlandı

13:30 23 oktyabr 2026
Şuşanın qardaşı Kayseridə şeir kimi üç gün - Yazarların Talas görüşləri barədə qısa təəssürat

Şuşanın qardaşı Kayseridə şeir kimi üç gün - Yazarların Talas görüşləri barədə qısa təəssürat

13:00 23 oktyabr 2026
Naibə Allahverdiyeva  xəstəxanaya yerləşdirildi

Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

12:50 23 oktyabr 2026
Prezident İlham Əliyev  Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi

12:43 23 oktyabr 2026
Tanınmış aktrisanın baş rolu canlandırdığı film "Qızıl Portağal"da yarışacaq

Tanınmış aktrisanın baş rolu canlandırdığı film "Qızıl Portağal"da yarışacaq

12:40 23 oktyabr 2026
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib - SƏRƏNCAM

12:38 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər