Mikayılın müsahibəsi sosial mediada zəlzələ yaratdı

Mikayılın müsahibəsi sosial mediada zəlzələ yaratdı
4 fevral 2015
# 12:14

“Sevimli şou”nun aparıcısı Mikayıl Güləddinoğlu ilə müsahibə sosial şəbəkələrdə geniş müzakirə olunub. Bu diqqəti nəzərə alaraq Mikayıl barədə yazılmış status və şərhləri təqdim edirik.

Konul Ceferli: Oxudum, sadəcə yazığım gəldi. İnsanın iradəsinə zidd işlə məşğul olması əzabdır. Amma anlayıram onu. Övladları üçün pul qazanmalıdır. Şükürlər olsun Rəbbimə ki, hər zaman sevdiyim işi görmüşəm. Arzu etmədiyim işlə məşğul olmaq məcburiyyətində qalmamışam. Bu da Rəbbimin mənə lütfüdür. Ona həmd olsun!

Elmin Həsənli: Bu tamaşaçını bu TV-lər yaradıb.

Fuad Cəfərov: Bu adama Facebookda demediyimiz söz qalmamışdı. Mikayıl utandırdı.

Rəhman Məmmədli: Oxunası müsahibədir, adamı düşünməyə vadar edir.

Tural Qurbanlı: Oxudum bitirdim, yazı da məni bitirdi.

Ervin Muradoff: Müsahibəni oxudum, əvvəllər qınayırdım, indi qınamıram. Onsuz da televizora baxan deyiləm, əyləncəli, xüsusilə də şou verilişlərini sevmirəm. Adam ailəsini dolandırır və müsahibəsi çox səmimi gəldi mənə. Neyləsin ki, format belədir. İndi bütün TV kanallarının işi şoudur. Ümid edirəm nə vaxtsa format dəyişəcək və biz də əməlli verilişlərin izləyicisi ola biləcəyik.

Gunay Kerimova Ceferova: Əvvəl elə nifrət edirdim ona. Düşünürdüm kişi olasan, bu qədər düşük olasan. Müsahibədən sonra münasibətim tamam dəyişdi...

Qəmər Alxanova: Hər həftə efirdə görəndə cinimi təpəmə çıxaran bu adama əməlli-başlı yazığım gəldi... Kefli İsgəndəri yadıma saldı. Diogen sevdiyim filosofdur. Əslində eyni xarakterdə olmuşuq. Çünki o da mənim kimi axmaq camaatla barışıb. Ağır müsahibədi...

Israil Ferhad: Mikayıl bəy, sizə indiyə kimi şit, sıradan biri kimi baxdığıma görə üzr istəyirəm. Həmişə fikirləşirdim ki, Ramiz Rövşəni oxuyan adam ucuz şou sərhədlərini necə aşmayıb. Bu yazı mənə bir daha öyrətdi ki, mahiyyətini bilmədiyin şeylərə görə heç kimi qınamayacaqsan.

Duzgun Atali: İnsan öz həyatin yaşaya bilmirsə, bu faciədir-insanlığın faciəsi. Hər halda Mikayıla hörmətim yarandı.

Azer Memmedov: Maraqlı müsahibədir. Bəyənmirdim, şit adam hesab edirdim. Amma fikrim dəyişdi. "Ehtiyac qul eylər qəhrəmanı da."

Zaur Qurbanlı: Hələ də Mikayılın müsahibəsini düşünürəm. Həqiqətən dəhşətlidir.

Gunel Eminli: Mikayıldan belə müsahibə bir az şok effektli oldu. Heç kim, məsələn, şəxsən mən heç gözləmirdim.

Emil Esgerov: Mən bəyənmirəm, amma günahkar da hesab eləmirəm, insan hər şeyə məcburdur.

Yaşar Bünyad: Mikayıl şou-şit və əcaib veriliş. Çörəkpulunu başqa yolla da qazanmaq olar sənətşünas!

Тахмина Расулова: Bu oğlanı sevmirdim, amma söhbəti ləzzət etdi, siz də sağ olun.

Ləman Mustafaqızı: Oxudum. Çox üzüldüm. Müsahibədən bir neçə fikir yarandı. Amma yazıb-yazıb pozdum. Qınamaq çətindi, anlamaq da.

Murad İmanov: Ela alınıb, adam haqqında fikirlərim bir az dəyişsə də nəticədə Mikayıl Mikayıldı, bir neçə anlıq da olsa nəyinsə xətrinə də olsa bu cür hərəkətlər düşüklükdür.

Ayka: Hamı özünü tərifləyir, deyir məndən yoxdu. Bu müsahibədə Mikayıl hamını “neprav” çıxartdı. (Heç olmasa ATV Zaurdan müsahibə alın, görək o verilişi haqqında nə deyir.). P.S. Mikayıl bu müsahibədən sonra qorxmur ki, baxan olmaz?

İbrahim Nəcəfov: Mikayıl yaxşı, bacarıqlı oğlandı. Onunla bir müddət işləmişəm.

Şəhriyar Əlizadə: Heç xoşum gəlmirdi Mikayıldan, ancaq haqq qazandırmamaq da olmur. Cəmiyyət xəstə olanda insanlar da belə olmağa məcburdurlar.

Rauf Tarı: Çox şeyləri ifadə edən müsahibədi.

Nuru Nuruzadə: Mən indiyə kimi belə bir müsahibə oxumamışdım.

# 2620 dəfə oxunub

Oxşar xəbərlər

Kommersiya məktəbindən böyük səhnəyə - Atası niyə onun aktyor olmasını istəmirdi?

Kommersiya məktəbindən böyük səhnəyə - Atası niyə onun aktyor olmasını istəmirdi?

15:00 14 fevral 2026
"250 manatlıq "kaşelyok" alın, içi pulla dolacaq!" - "Azerina" insanları necə aldadıb?

"250 manatlıq "kaşelyok" alın, içi pulla dolacaq!" - "Azerina" insanları necə aldadıb?

14:23 14 fevral 2026
Azərbaycan Televiziyasının yaranmasından 70 il ötür

Azərbaycan Televiziyasının yaranmasından 70 il ötür

13:26 14 fevral 2026
Çürümüş cəsədə tac qoyub əlini öpdürən kral - Sevgililər Gününün bilmədiyiniz qanlı tarixi

Çürümüş cəsədə tac qoyub əlini öpdürən kral - Sevgililər Gününün bilmədiyiniz qanlı tarixi

12:00 14 fevral 2026
"ARB" telekanalının yayımı dayandırıldı

"ARB" telekanalının yayımı dayandırıldı

10:27 14 fevral 2026
“Bu məmləkətdə ölünün də, dirinin də yiyəsi olmalıdır” - Xalqın sevimlisi niyə fəxri adsız qaldı?

“Bu məmləkətdə ölünün də, dirinin də yiyəsi olmalıdır” - Xalqın sevimlisi niyə fəxri adsız qaldı?

17:37 13 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər