Ancelina Coli anasının ölümündən esse yazdı - Mətn

Ancelina Coli anasının ölümündən esse yazdı - Mətn
26 oktyabr 2019
# 10:32

Hollivud aktrisası Ancelina Coli anasını və nənəsini necə itirməsi haqda esse yazıb. Time jurnalında dərc olunan essedə aktrisa həyatından bəzi məqamları da bölüşüb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Ancelina Coli essdə anasının və nənəsinin keçirdiyi süd vəzi xərçəngi xəstəliyindən, onları necə itirməsindən və özünün bu xəstəliyə qarşı tədbirlər almasından bəhs edib:

“Anamın müalicə keçəndə əlindən necə tutduğum yadımdadır. Qəfil halı pisləşdi, üzü bənövşəyi rəng aldı. Mən özümü itirdim, tibb bacısını çağırmağa qaçdım...

Onun ölümündən sonra xüsusi testdən keçdim və bəlli oldu ki, süd vəzi xərçəngi olma ehtimalım 87 faiz, yumurtalıq xərçənginə tutulma riskimsə 50 faiz təşkil edir. Ona görə bu riskləri azaltmaq üçün əməliyyatdan keçmək qərarına gəldim. Uşaqlarımla çox vaxt keçirmək, onların böyüməsini, nəvələrimin dünyaya gəlməsini görmək üçün sağlamlığımın qeydinə qalmalıyam. Mən 10 il anasız yaşamışam. Anam ancaq bir neçə nəvəsini gördü, onlarla oynaya da bilmədi, çünki xəstə idi”.

Coli öz mətnində əməliyyatdan sonra bədənində qalan çapıqlardan təəssüflənmədiyini də qeyd edib: “Bu çapıqlar bizim nələri dəf etməyimizi xatırladır. Onlar bizim unikallığımızdan bir parçadır. İnsan varlığının ən gözəl cəhətlərindən biri məhz bu müxtəliflikdir”

# 3756 dəfə oxunub

Oxşar xəbərlər

Mark Zukerberqi hədəf alan film çəkiləcək

Mark Zukerberqi hədəf alan film çəkiləcək

18:30 27 avqust 2026
Azərbaycanın milli incəsənəti və pəhləvanlıq ənənələri Astanada

Azərbaycanın milli incəsənəti və pəhləvanlıq ənənələri Astanada

18:20 27 avqust 2026
Tarixi Vilyena xəzinəsi qarət edildi

Tarixi Vilyena xəzinəsi qarət edildi

17:50 27 avqust 2026
Bir yöndəmsiz birəyə görə köynəyi dəyişərlər? - Lalə Bağırova

Bir yöndəmsiz birəyə görə köynəyi dəyişərlər? - Lalə Bağırova

17:00 27 avqust 2026
Türkiyədə antik teatr günəş enerjisi ilə işıqlandırılacaq

Türkiyədə antik teatr günəş enerjisi ilə işıqlandırılacaq

16:30 27 avqust 2026
İspaniyada pomidor festivalı keçirildi - Fotolar

İspaniyada pomidor festivalı keçirildi - Fotolar

16:00 27 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər