Bu nəşriyyat 30 min manatlıq kitab hədiyyə edəcək

Bu nəşriyyat 30 min manatlıq kitab hədiyyə edəcək
22 oktyabr 2019
# 10:20

“Hədəf Nəşrləri” oxuculara 30 min manatlıq kitab hədiyyə edəcək.

Bu barədə Kulis.aza “Hədəf Nəşrləri”nin direktoru Müşfiq XAN məlumat verib.

“Bu il “Hədəf Nəşrləri”nin yaradılmasının 10 ili tamam olur. Bu münasibətlə nəşriyyat olaraq müxtəlif kampaniya və layihələr həyata keçiririk. Məqsədimiz oxucularımızı və bu illər ərzində bizə dəstək olan insanları sevindirməkdir. Artıq “1000 müəllimə 1000 kitab” kampaniyamız uğurla başa çatıb. Bu kampaniya çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində, eləcə də paytaxtda işləyən 1000 müəllimə kitab hədiyyə etmişik. Ümumiyyətlə, nəşriyyatımız fəaliyyət göstərdiyi 10 il ərzində oxuculara və kitabsevərlərə onminlərlə kitab hədiyyə edib. Yubileyimiz münasibəti ilə ənənəmizə sadiq qalaraq daha çox kitab hədiyyə etməyə qərar verdik. 26 oktyabrda Hədəf Liseyində baş tutacaq tədbirdə qonaqlarımıza təxminən 4000 ədəd kitab və müxtəlif dəftərxana ləvazimatları hədiyyə etməyi düşünürük. Məlumat üçün bildirim ki, hədiyyələrimizin içərisində “Xatirə ədəbiyyatı” seriyasından nəşr olunan 50 kitablıq 50 dəst olacaq. Eyni zamanda, yerli və xarici yazarların nəşriyyatımızda nəşr olunmuş kitablarını da qonaqlarımıza hədiyyə edəcəyik. 10 il ərzində keçdiyimiz yolda nəşriyyatın fəaliyyətinə dəstək verən oxucuları, dostları sevindirmək bizi də xoşbəxt edəcək. Ümumilikdə yubiley ərəfəsində oxucularımıza hədiyyə edəcəyimiz kitabların sayı 5000-i keçir.”

Xatırladaq ki, oktyabr ayında “Hədəf Nəşrləri”nin yaradılmasının 10 illiyi tamam olur. Bu münasibətlə Hədəf Liseyində keçiriləcək yubiley tədbirinə ölkə ziyalıları, yazıçılar, oxucular və media nümayəndələri qatılacaq.

Tədbirə gələcək hər bir qonağa “Hədəf Nəşrləri” tərəfindən xüsusi hədiyyələr veriləcək.

# 4486 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış macar yazıçı vəfat etdi

Tanınmış macar yazıçı vəfat etdi

17:00 26 avqust 2026
Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

16:30 26 avqust 2026
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər