Kamal Abdulla: "Azərbaycanda ermənifobiya yoxdur"

Kamal Abdulla: "Azərbaycanda ermənifobiya yoxdur"
22 yanvar 2016
# 15:31

"Azərbaycan multikulturalizmi bir model kimi dünyaya örnəkdir". APA TV-nin xəbərinə görə, bunu bu gün keçirdiyi mətbuat konfransında millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla deyib.

Dövlət müşaviri əlavə edib ki, uğurla həyata keçirilən dövlət siyasəti nəticəsində ölkəmizdə bütün dinlərin nümayəndələri rahat şəkildə yaşamaq imkanı əldə edib. Dünyada multikulturalist zəmində xoşagəlməz proseslərin yaşandığı bir zamanda Azərbaycanın bu siyasəti dövlət səviyyəsində dəstəkləməsi xüsusi əhəmiyyət kəsb edir: “Bu ilin Azərbaycanda multikulturalizm ili elan edilməsi bu siyasətə dövlət səviyyəsində verilən böyük qiymətdir. Dünyada multikulturalizm ənənələrindən uzaqlaşıldığı bir vaxtda Azərbaycan bu siyasəti dəstəkləyir və əsas istiqamətlərdən biri kimi qeyd edir, yaşadır. Bu, bizim dostlarımızı sevindirir, bədxahlarımızı qıcıqlandırır”.

Kamal Abdulla bildirib ki, yaxın gələcəkdə Bakının Nardaran qəsəbəsində yaşayan sakinlərlə söhbətlər aparılacaq və onların multikultural əhvalı, dinə, dövlətə münasibəti istiqamətində bir çox işlər görüləcək. Dövlət müşaviri həmçinin əhalinin maariflənməsi məqsədilə qəsəbədə "Bilik evi"nin yaradılacağını da vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Kamal Abdulla Azərbaycanın sülh tərəfdarı olduğunu vurğulayıb: "Azərbaycanda ermənifobiya yoxdur. Azərbaycanda ermənifobiyanın olmadığını dünya yavaş-yavaş başa düşməkdədir. Biz ermənifobiya ilə yaşamadığımızı hər addımımızda göstəririk. Azərbaycan xalqının ermənilərlə birgə yaşamaq potensialı var. Münaqişənin sülh yolu ilə həll olunması potensialı bitməyib. Biz sülhün tərəfdarıyıq”.

K.Abdulla multikulturalizm ili çərçivəsində ölkədə bir sıra tədbirlərin keçiriləcəyini, həmçinin Azərbaycanda multikulturalizm ənənələrini təbliğ edən nəşrlərin işıq üzü görəcəyini də bildirib.

# 2868 dəfə oxunub

Oxşar xəbərlər

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər