Ən çox tənqid olunan cırıq corablı Xalq yazıçısı

Ən çox tənqid olunan cırıq corablı Xalq yazıçısı
15 mart 2018
# 09:00

Kulis.azın “Maraqlı adamlar” layihəsinin qonağı bu günlərdə 80 yaşı tamam olan Xalq yazıçısı Anardır. Layihədə qələm adamlarına aid maraqlı fakt və əhvalatlar toplanır.

Anar dünyanın ilk Anarıdır. Bu ad ilk dəfə ona qoyulub. Əslində, “Anlamaq”, “Anlayan” mənasını verən “Anar” Rəsul Rzanın söz yaradıcılığıdır. Anarsa öz adına belə açıqlama verib: Anam – Nigar, Atam - Rəsul.

***

Anarı öz yaşıdlarından və həmkarlarından fərqləndirən bir çox xüsusiyyətlər var. Bunlardan biri onun rəsmi tədbirlərdə həmişə qısa və mənalı çıxış etməsidir. Bilənlər bilir, tədbirlərdə şair və yazıçıların həmişə reqlament problemi olub. Tribunaya çıxdılarmı, fikirlərini yığıb-yığışdıra bilmirlər. Anarsa uzağı 5 dəqiqə çıxış edir, heç kimi yormadan, vaxta israf etmədən sözünü deyir və əyləşir.

Image result for anar rzayev

***

Anarın başqa özəlliyi ən uzunömürlü AYB (Azərbaycan Yazıçılar İttifaqı) sədri olmasıdır. Düz 31 il. Nəzərə alsaq ki, AYB-nin 80 yaşı var, 31 il az qala bunun yarısına bərabərdir. Yəni, Anar az qala AYB yaranandan indiyədək işləyən bütün sədrlərin cəmi qədər rəhbər postunda olub və hələ də bu vəzifədədir.

***

Daha bir maraqlı fakt: Anar yekdilliklə seçildiyi bütün qurultaylarda seçicilərə, yazıçılara və ümumən ictimaiyyətə bircə kəlmə deyib: “İndiyədək necə işləmişəmsə, indən belə də o cür işləyəcəm”.

***

Anarı qəlyansız görməmişik. Onun imicinin və yaradıcılığının ciddi aksessuarlarından biridir. Və yəqin çoxu bilmir ki, onu qəlyana öyrədən dostu Yusif Səmədoğlu olub. İlk qəlyanı da ona Yusif hədiyyə edib.

Image result for anar rzayev

***

Anarın ssenari yaradıcılığından çoxunun xəbəri var. Lakin o, həm də rejissordur. Ssenarisini yazandan sonra quruluş verdiyi “Qəm pəncərəsi” və “Üzeyir ömrü” filmlərinin janrını müəyyən etmək bir qədər çətindir. Deyəsən, bunlar yazıçının çəkdiyi filmlərdir.

***

Anar həm də o nadir adamlardandır ki, ailəsində 5 yazıçı var – atası Rəsul Rza, anası Nigar Rəfibəyli, özü, qızı Günel Anarqızı və oğlu Tural Anaroğlu.

Image result for anar rzayev

***

Yazıçı özü etiraf edir ki, yalnız məzuniyyətlərdə yaradıcılıqla məşğul olur. Məzuniyyət isə ən yaxşı halda ildə bir dəfə və bir ay olur. 11 ay rəsmi iş, 1 ay yaradıcılıq. Maraqlı statistikadır.

***

Yusif Səmədoğlunun Aşıq Ədalətə, Anarın Qədir Rüstəmova qəribə sevgisi olub. Yusif Aşıq Ədaləti “Yeddi oğul istərəm” filminə, Anarsa Qədir Rüstəmovu “Üzeyir ömrü” filminə çəkib.

***

“Otel otağı” romanı 90-cı illərin əvvəllərində Türkiyədə yaşamağa məcbur olan Anarın öz şəxsi iztirablarından yaranıb.

Image result for anar rəsul rza

***

Anar zəmanəmizin ən çox tənqid olunan yazıçısıdır. Ancaq bu tənqid onun yazıçılığından çox, AYB sədrliyi ilə bağlıdır.

***

90-cı illərdə Anar bir qrup gənci AYB-də qəbul edib onların problemi ilə maraqlanırmış. Murad Köhnəqalanın narahat olduğunu görüb ona söz verir, deyir, nə istəyirsən? Murad ayağa qalxır:

- İstəyirəm, o kreslodan durub gedəsən, yerini gənclərə verəsən.

Anarın cavabı belə olur:

- Sizin acığınıza burdan heç vaxt getməyəcəm!

Image result for anar günel anar

***

Anarın bir özəlliyi də yaşlı dostlarına inanılmaz sədaqətidir. Saysız-hesabsız tənqidə və hətta təzyiqə baxmayaraq onların heç birini işdən kənarlaşdırmadı.

***

60-cılar nəsli deyəndə bu üçlüyün adı qaçılmaz olur: Anar, Elçin, Əkrəm... Və bu sıralama heç vaxt dəyişmir. Niyə? Yaşa qalsa, Əkrəm Anardan böyükdür. Yazıçılıq gücünə qalsa nə Əkrəmi, nə Elçini Anardan zəif hesab etmək olmaz. Bircə yozum qalır əlifba sırasına (keçmiş – red.).

Image result for anar və fikrət qoca

***

AYB-nin Natəvan klubunda tədbirlərin birində şair Böykişi Heydərli çıxış edərkən deyir:

“Nazim Hikmət tutulan vaxt polis ayaqqabısını çıxarır və görür ki, şairin bir corabının dabanı cırıqdır. Bax dahilik budur!”

Anar yerdən söz atır:

“Böykişi, vallah, bu dəqiqə mənim də corabımın biri cırıqdır.”

***

Ankarada Anarın 70 illiyi qeyd olunur. Hədiyyələr o qədər çox olur ki yazıçı deyir:

- Bunları Bakıya aparmaq üçün ya gərək özəl təyyarə tutam, ya da Bakı-Tiflis-Qars dəmir yolunun açılmasını gözləyəm.

Image result for anar yusif s

***

Rəsmi tədbirlərin birində Anarı yuxu tutur. Yanında oturan general onu oyadır:

- Anar müəllim, yaxşı deyil, ayılın.

Anar müəllim generaldan soruşur:

- Düzünü deyin, siz belə yorucu tədbirlərdə heç yatmamsınız?

General cavab verir:

- Yatmışam, amma xoruldamamışam.

***

Anardan soruşurlar:

- Bir yazıçını tərifləmək asandır, ya tənqid etmək?

Anar cavab verir:

- Tənqid etmək. Çünki tənqid edəndə bir nəfər düşmən olur, hamı dostlaşır, tərifləyəndə bir nəfər dostlaşır, hamı düşmən olur.

# 2152 dəfə oxunub

Oxşar xəbərlər

Canlı yayımda halı pisləşən müğənni verilişi tərk etdi

Canlı yayımda halı pisləşən müğənni verilişi tərk etdi

17:22 29 noyabr 2024
Şair Cəlil Cavanşir Sivva ilə klipə çəkildi

Şair Cəlil Cavanşir Sivva ilə klipə çəkildi

16:28 29 noyabr 2024
Rusiyada Yeni ildə ən çox onları səhnədə görmək istəyirlər

Rusiyada Yeni ildə ən çox onları səhnədə görmək istəyirlər

16:20 29 noyabr 2024
6.2 milyon dollarlıq "Divara yapışdırılmış banan" mətbuat konfransında yeyildi

6.2 milyon dollarlıq "Divara yapışdırılmış banan" mətbuat konfransında yeyildi

15:30 29 noyabr 2024
"Bizi telefon pozmayıb, əvvəldən belə olmuşuq" - Ulucay Akif

"Bizi telefon pozmayıb, əvvəldən belə olmuşuq" - Ulucay Akif

15:00 29 noyabr 2024
Bi­zi sonsuz xəyallara qərq edən qüvvə - Sərgərdan və məzəli həyatın sonu

Bi­zi sonsuz xəyallara qərq edən qüvvə - Sərgərdan və məzəli həyatın sonu

13:30 29 noyabr 2024
#
#
# # #