Uşaqlar üçün iki şeir – MƏTN

Uşaqlar üçün iki şeir – MƏTN
4 oktyabr 2017
# 11:29

Kulis.az Mehriban Nağıyevanın təmsillərini təqdim edir.

Tənbəl qarğa

İki qarğa var idi

Biri tənbəl, biri qoçaq.

Tənbəl qarğa bütün günü yeyib içib əylənirdi

Qoçaq isə qış fəslinə azuqələr toplayırdı.

Tənbəl qarğa qonşu idi qoçaq ilə,

Acı sözlər doğrayırdı bıçaq ilə

Deyirdi ki, işin peşən olsun sənin

İşləməkdən günün qara oldu sənin.

Qoçaq qarğa qonşusuna heç fikir də verməyirdi

Yuvasına odun, çör-çöp daşıyırdı,

Qoz fındıq da toplayırdı,

Zəmilərə baş vururdu

Buğdalardan tay qururdu.

Birdən fəsli qış durdu qapıda

Tənbəldə ki, şən yuxuda

Hər yanı aldı qar şaxta

Tənbəl qarğa qaldı darda

Amma qoçaq qarğa bu dəm.

Qış fəslini etmədi qəm

Balaların başına yığıb

Şən mahnılar deyə-deyə

Gözəl şeylər yeyə-yeyə

Yuvasında dincəlirdi.

Sizə deyim tənbəl qarğadan

Acından ölürdü şaxtadan qardan

Hər yeri ələk-vələk elədi

Dedi, ay aman bu nə tələdi...

Uçaraq yaxınlıqdakı zəmiyə gəldi

Gördüyü mənzərəyə dəhşətə gəldi

Zəmi dönüb qar dənizi olmuşdu

Bütün yaşıl otlar güllər solmuşdu.

Soyuqdan az qaldı donub ölə

Tez uçaraq birtəhər gəldi gölə

Əvvəllər göldən xırda cücülər

Tutub yeyərdi

Nə dadlıdır deyərdi

Göl nə gəzir dönüb olmuşdu şüşə

Tənbəl qarğa qaldı üşüyə-üşüyə

Dimdiyi ilə gölü taqqıldatdı,

Buza dönmüş göl onu ağlatdı.

Çox kədərli halda döndü yuvaya,

Ümidi qalmışdı qonşu qarğaya

Utana-utana qapını döydü,

Dilinin altında özünü söydü

Qonşu qarğa qapını gülərək açdı

Mehriban baxışları sanki nur saçdı

Dedi, xoş gəlmisən, ay qonşu

Səndən nə əcəb?

Tez ol söylə mənə gözəl səbəb

Tənbəl qarğa neçə gündü acam dedi

Qoçaq qarğa onu içəri dəvət elədi

Gözəl süfrə açdı dedi qayda belədi

Ye, iç, ay qonşu, doyunca dincəl!

Tənbəl qarğa xeyli utandı,

Yayda qonşusuna dediyi sözlərı xatırladı

Dedi bağışla sənə acı sözlər demişəm

Zəhmətkeş olmaq lazım indi bilmişəm.

Qoy yay gəlsin sənin kimi edəcəm

Əməksevər paltarımı geyəcəm,

Toplayacam çoxlu buğda ot-ələf

Qəlbimi incitdi bu acı kələf...

Qocaq qarğa tənbəli əfv elədi

Bütün qışı qonşusunu yemlədi

Sonra gəldi fəsli bahar

Tənbəl qarğa eylədi ar,

Yuxusuna haram qatdı

Birdəfəlik tənbəlliyin daşın atdı...

Ayı ilə dovşanın əhvalatı

Ayı qış yuxusundan oyandı,

Bir az ətrafına boylandı.

Gördü yaman acıb getdi yemək yeməyə

Həm də kimsəni incidib acı söz deməyə.

Meşənin dərinliklərindən tapdı çoxlu bal

Bal deyim e sənə, yeyib etdi qalmaqal.

Qabağına bir dovşan çıxdı əlində səbət,

İçi dolu kök idi yemişdi əlbət

Ayı səbətə baxıb etdi lağ,

Dedi, bunu yemə, bal ye, ay axmaq.

Dovşan bu dəm ayıya acıqlandı

Sonra bal dolu küpəyə boylandı:

- Bunu yemə, gəl, mən sənə kök verim

Dünyada kökdən ləzzətli şey yoxdur, deyim

Ayı kökdən dişləyib üzün turşutdu

Ağzım acı oldu, deyib dovşanı vurdu.

Dovşan yerə yatıb şillədən yayındı,

Ayının nərəsinə az qala bayıldı.

Ayı çox hirsləndi dedi, balı ye

Gör nə şirindi boynuna, al de

Elə bu vaxt pələng keçirdi yoldan

Dovşanı qurtarmaq istədi dardan

Dedi dostlar deyin görüm nə olub?

Hirsdən, qəzəbdən rənginiz solub

Ayı əhvalatı danışdı pələngə

Dovşan qorxa-qorxa baxdı nəhəngə

Pələng diqqətlə onları dinlədi

Sonra isə əllərini yellədi...

Dedi, dostlar gəlin dava etməyin,

Bir az ağıl işlədin qalmaqala getməyin

Mənim ən sevdiyim qida ətdir

İndicə yemişəm, bu günlük bəsdir

Dostlar, agah olun, bilin ki

Hərənin öz sevdiyi qidası var

Mən nə kök nə bal yeyirəm

Ən gözəl qida ətə deyirəm.

Nahaq yerə didişib qan etməyin

Heç nədən qalmaqala getməyin

Ayı ilə dovşan oldular xoşhal

Elə bu vaxt yoldan keçirdi maral,

Buynuzunda çoxlu ot tələsirdi

Hərdən pələngə baxıb tir-tir əsirdi...

Pələng dedi, qorxma toxam mən bu gün,

Nə gözəldi buynuzların, hörüyün

Maral dedi, xoş sözlər üçün sağ ol,

Bu meşədə hər bir zaman sən var ol.

Təsadüfən eşitdim mən söhbəti,

Ot yeməsəm olmaz gücüm, taqətim.

Mənim üçün ən gözəl qida otdur,

Ondan dadlı gözəl nemət yoxdur,

Dördü də qəhqəhə çəkib güldülər,

Sağollaşıb evlərinə döndülər....

# 1927 dəfə oxunub

Oxşar xəbərlər

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
# # #