Tərcümənin problemləri VİDEO

Tərcümənin problemləri VİDEO
19 noyabr 2015
# 13:11

APA.TV-nin efirində yayınlanan "Müzakirə saatı" verilişinin budəfəki sayında tərcümə mövzusu müzakirə olunub. Verilişin qonaqları tərcüməçilər - Cavanşir Yusifli, Nadir Qocabəyli, Kifayət Haqverdiyeva, Sevil Gültən və "KitabEvim" mağazasının əməkdaşı Seymur Adıgözəlov olub.

Nadir Qocabəyli tərcüməçilərin qonorar problemindən danışarkən, bu sahədə çatışmazlıq olduğunu deyib. "Bəzən pula çox ehtiyacım olub deyə, xeyli aşağı qiymət qarşılığında kitab tərcümə etmişəm. Tərcümə həm fiziki, həm mənəvi əziyyət bahasına başa gəlir. Sifarişi vaxtında çatdırmaq üçün gecələr də işləmək məcburiyyətində qalırıq. Məsələn, Vladimir Nabokovun "Lolita"sı çox ağır əsərdi. Hətta bu kitabı tərcümə edərkən gərgin rejimdə işlədiyim üçün infarkt keçirtdim..."

Eyni əsərin bir neçə dəfə və müxtəlif adamlar tərəfindən tərcüməsi məsələsindən danışan Cavanşir Yusifli əslində bu halın Avropa, Rus tərcümə məktəbində də geniş yayıldığını deyib: "Bir əsərin eyni dilə müxtəlif tərcümələrinin olması yaxşı haldır. Belə olan təqdirdə əlbəttə ki, həm dil, həm də müəllif qazanır..."

Bu fikrə münasibət bildirən Seymur Adıgözəlov deyib ki, oxucular adətən kitab alanda tərcüməçinin kim olduğunu soruşmurlar. Bəzi hallarda sırf bu sahədə təcrübəsi olan adamlar bununla bağlı sual verirlər.

Kifayət Haqverdiyeva tərcümə edəcəyi əsərləri və müəllifi ruhuna, xarakterinə yaxın olduğu üçün seçdiyini deyib. O, həmçinin vurğulayıb ki, naşir tərcüməçinin qarşısına kitabın təhvil verilməsi ilə bağlı konkret vaxt tələbi qoyanda güzəşt etməlidir. "Bəzən yeni tərcümə işi götürəndə naşirdən xahiş etmişəm ki, məni tələsdirməsin. Çünki, ruhən hazır olmalıyam ki, tərcüməyə məsuliyyətlə yanaşım. Bu işi çox həvəslə görürəm, ona görə də tərcümə prosesində qonorar barədə düşünmürəm".

Xanım tərcüməçinin bu fikirləri ilə razılaşmayan Nadir Qocabəyli "Əgər mənə pul vacib lazımdısa və mənim başqa gəlir yerim yoxdursa, işimi vaxtında çatdırmağa məcburam. Adətən bir səhifəni beş-altı manata tərcümə edirəm"- deyib.

Kifayət Haqverdiyeva da öz növbəsində "Çox istəyərdim bu sahədə qonorar elə səviyyədə olsun ki, tərcüməçilər iş prosesində o barədə düşünmək, hesablama aparmaq məcburiyyətində qalmasınlar " - deyə əlavə edib.

Tərcüməçi Sevil Gültən az qonorar aldığını bildirib. "Bəzən bir səhifəni dörd manata tərcümə edirəm. Əslində qonorarımız vaxtlı-vaxtında verilsə, biz də işimizi sürətlə görərik və daha çox qazanarıq. Bir də görürsən çox keyfiyyətsiz tərcümələr çıxır qarşına. Hətta Paulo Koelyonun "Kimyagər" əsərini bir nəfər çox bərbad tərcümə etmişdi. Yazıçının elektron ünvanını tapıb ona məktub göndərdim ki, sizin bu əsərinizi mən də tərcümə etmək istəyirəm. Bir müddət sonra məktubuma yazdığı cavabda Koelyo bildirdi ki, "əsərləri nəşriyyatla müqavilə əsasında çap edilir. Ona görə şəxsən çalışmağımız mümkün deyil". Hətta bu məktubu yazdığıma görə, məni AYB-yə buraxmadılar. Deyirdilər "niyə Koelyoya məktub yazmısan?" Yəni, demək istəyirəm ki...".

# 2865 dəfə oxunub

Oxşar xəbərlər

Piter Cekson bədii kinoya qayıdır - 12 il sonra

Piter Cekson bədii kinoya qayıdır - 12 il sonra

12:00 30 oktyabr 2026
Yazıçılara saxta "Netflix" təklifləri göndərirlər – Ədəbiyyat dünyasında yeni dələduzluq dalğası

Yazıçılara saxta "Netflix" təklifləri göndərirlər – Ədəbiyyat dünyasında yeni dələduzluq dalğası

11:40 30 oktyabr 2026
Vinil dəbdən düşmədi, CD-lər geri qayıdır – Dinləyicilər niyə striminqdən uzaqlaşır?

Vinil dəbdən düşmədi, CD-lər geri qayıdır – Dinləyicilər niyə striminqdən uzaqlaşır?

11:20 30 oktyabr 2026
Kann qalibinə beş ildən artıq həbs cəzası verildi – Cəfər Pənahinin əmlakı da müsadirə olunur

Kann qalibinə beş ildən artıq həbs cəzası verildi – Cəfər Pənahinin əmlakı da müsadirə olunur

11:00 30 oktyabr 2026
“Star Trek”in əfsanəvi kapitanı vəfat etdi

“Star Trek”in əfsanəvi kapitanı vəfat etdi

10:40 30 oktyabr 2026
Azərbaycanın multikultural mühitində udilər və Alban kilsəsi haqqında məqalə yayımlandı

Azərbaycanın multikultural mühitində udilər və Alban kilsəsi haqqında məqalə yayımlandı

10:24 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər