Yeni il və seks - LƏTİFƏLƏR

Yeni il və seks - <span style="color:red;">LƏTİFƏLƏR
31 dekabr 2016
# 21:00

Kulis.Az Yeni il lətifələrini təqdim edir.

Somalidə küçə ilə gedən Şaxta Babanın dalınca düşən zənci uşaqlar çığırırlar:

- Şaxta Baba! Şaxta Baba! Bizə hədiyyə ver!

- Verməyəcəm – Şaxta Baba hirslə deyir: - Mən hədiyyəni yalnız vaxtı-vaxtında yeməyini yeyən uşaqlara verirəm.

***

Hörmətli Şaxta Baba! Elə et ki, atam gələn il də parolları klaviaturanın arxasına yazsın. Bir də “My documents” qovluğuna çoxlu qəşəng qız videoları yükləsin.

Əhməd, 12 yaş.

***

- Anacan, sən həqiqətən də istəyirsən ki, yeni ili evdə keçirim?

- Əlbəttə.

- Onda 31-i gecəsi harasa get.

***

Şaxta Baba, “Qız tapmaq istəyirəm” arzusunu tutanda mən səhər qaçışı zamanı küçədə rast gələcəyim qadın meyitini nəzərdə tutmurdum.

***

Əziz Şaxta Baba, bəlkə bu il çoxlu pulla gələsən, hə?

***

Rus saytları:

“Əziz rus xanımları, bəsdir Şaxta Babadan kişi istədiniz! Artıq Tacikistan və keçmiş sovet ölkələrinin kişilərinin yarısı bizə köçüb”.

***

“Şaxta Baba” ifadəsi etik səslənmir. “Aşağı temperaturlu təqaüdçü” demək lazımdır.

***

Arif Yeni ildə Şaxta Babadan konki istəyir. Arzusu yerinə yetir. İndi də şaxta və qar istəmədiyinə görə peşmandır.

***

Supermarketdə Şaxta Baba balaca qızcığazı dizinin üstünə alıb soruşur:

- Yeni il hədiyyəsi üçün nə istəyirsən?

Qız heyrətlə cavab verir:

- Babacan, demək istəyirsən ki, esemesimi oxumamısan?

***

Əgər sərxoş Santa-Klausla qarşılaşmısansa o zaman bu yəqin ki, Şaxta Babadır.

***

Əziz Şaxta Baba!

Mənə bu Yen ildə əsl tapança hədiyyə elə. Yoxsa oyuncaq tapançanı gəzdirməkdən yoruldum.

İmza: Sahə müvəkkili

***

Uşağın:

- Şaxta Baba, sən doğruçusan? - sualından sonra Şaxta Baba sertifikatını, vergi bəyannaməsini, lisenziyasını uşağa göstərdi.

***

Bir qız Şaxta Babaya yeni il arzusunu deyir:

- Şaxta Baba, arıqlamaq istəyirəm.

- Bu çox çətin işdi.

- Mən hər şeyə hazıram.

- Onda gərək çənəni sındıram ki, yeyə bilməyəsən.

***

Əziz Şaxta Baba, xahiş edirəm mənim hədiyyəmi yolkanın altına qoyma, elə birbaş qaraja sür.

***

- Şaxta Baba ilə Qar qızın fərqini bilirsizmi?

- Kürklərinə diqqət edin. Birinin düymələri sağdan sola, o birininki soldan sağa bağlanır.

***

Şaxta Baba psixiatrın yanına gəlib deyir:

- Həkim, kömək edin! Mən özümə inanmıram.

***

Yəhudi Şaxta Baba:

- Salam, uşaqlar... Hədiyyə alın, hədiyyə!

***

- Şaxta Baba ilə Santa-Klausun fərqi nədir?

- Şaxta Babanın yanında həmişə bir qız olur.

***

Şaxta Babanın son sözü:

- Uşaqlar, vəssalam, hədiyyələr qurtardı.

***

Ana balaca oğlunu danlayır:

- Bu söyüşü kimdən eşitmisən?

- Şaxta Babadan, ana.

- Ola bilməz.

- Olar. Əli qartopuyla Şaxta Babanın gözündən vuranda dedi.

***

- Dünyanın sonu ilə Yeni il bayramının fərqi nədir?

- Dünyanın sonundan sonra əziyyət çəkmirsən.

***

Şaxta Babaya məktub yazıb ərimə vermişəm... Gözləyirəm...

***

Mağazada satıcı notbukların üzərindəki “750 manat” yazılı qiymət kağızını “550 manat”la əvəz edir.

- Nə əcəb birdən-birə qiymətləri belə ucuzlaşdırdız? – deyə alıcı soruşur.

Satıcının cavabı:

- Yeni il endirimləri bitdiyi üçün.

***

Şaxta Babaya məktub: “Salam, qoca kaftar! Mən sənə artıq iki ildir ki, inanmıram!”

Əli Musayev, 47 yaş.

***

Bayram süfrəsi arxasında qadın ərinə şikayətlənir:

- Axı mən qoyun dərisindən yox, su samuru xəzindən kürk istəyirdim?

Əri həyat yoldaşını sakitləşdirməyə çalışır.

- Su samuru ili olanda alaram.

***

- Yeni ili harda keçirirsiz?

- Heç vaxt yadımda qalmır. Sərxoş oluram.

***

Hər il yeni il qabağı arvad ərini hədələyir:

- Yeni ildən içkini tərgitəcəksən, bildin?

Kişisi isə gülümsəyərək fikirləşir: “Hardasa 15 ildir ki, evliyik, hələ də optimizmini itirməyib”.

***

Yaşlı bir xalq artistindən soruşurlar:

- Ustad, Yeni il yaxşıdı, yoxsa seks?

Cavab:

- Yeni il!

Sual:

- Nədən?

Cavab:

- Yeni il tez-tez olur...

# 7038 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #